”Deputatların müavinətinin vəzifə maaşı ilə əvəz olunması yaxşı olardı”

Həmçinin səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı veriləcək

Source: Meydan TV


Məhkəmə hakimlərinin maaşı artırıldı

“Hakimlərin vəzifə maaşları əhəmiyyətli dərəcədə artır. Hakimlər deputatlara uyğun olaraq vəzifə maaşı alacaqlar və pensiya hüququ təmin edildikdə də, vəzifə maaşı olduğu üçün onların pensiyası yüksək olacaq. Amma təəssüflər olsun ki, deputatlarda belə deyil. Çünki biz əlavəni müavinət şəkilində alırıq”.

Bunu Milli Məclisdə məhkəmə hakimlərinin maaşının artırılması ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Kərimli deyib.

O qeyd edib ki, deputatların aldığı müavinət pensiya təminatında nəzərə alınmayacaq:

Tahir Kərimli
Tahir Kərimli

“Deyirlər, Vahid Tarif Dərəcələri hazırlanır, ehtiyat edirəm ki, orada Milli Məclisin adı qeyd edilməsin. Deməyim odur ki, bu məsələ qanunvericilikdə tam aydınlaşmayıb. Deputatların da əməkhaqqı ilə vəzifə maaşları fərqli anlayışlar kimi verilib. Hesab edirəm ki, deputatların da müavinətinin vəzifə maaşı ilə əvəz olunması yaxşı olardı. Bu, gələcəkdə pensiya təminatı və digər məsələlər üçün sərfəli olardı”.

Deputat Qüdrət Həsənquliyev isə deyib ki, hüquq-mühafizə orqanları əməkdaşlarının əməkhaqlarının artırılıb və prokurorluq orqanlarının əməkdaşlarının da maaşlarının artırılmasının vacibdir.

"Məhkəmələr və hakimlər haqqında" qanuna edilən dəyişikliyə əsasən, hakimlərə aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödəniləcək. Layihəyə görə, Ali Məhkəmənin sədrinə Milli Məclis sədrinin aylıq vəzifə maaşı həcmində – 2 475 manat əməkhaqqı veriləcək. Bundan başqa, onlara məzuniyyətə çıxdıqları vaxt məzuniyyət haqqı, 2 aylıq əməkhaqqı məbləğində müavinət verilməsi nəzərdə tutulur.

Qüdrət Həsənquliyev foto google.az
Qüdrət Həsənquliyev

Həmçinin səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı veriləcək:

Bu məbləğ Naxçıvan Ali Məhkəməsinin və apelyasiya məhkəmələrinin sədrləri əlavə 556 manat, ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin və inzibati-iqtisadi məhkəmələrin sədrləri 495 manat, digər məhkəmələrin sədrləri 433 manatdır.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.

Ana səhifəXəbərlər”Deputatların müavinətinin vəzifə maaşı ilə əvəz olunması yaxşı olardı”