”Deputatlar üçün pulsuz ingilis dili kursları təşkil etdik, 3-4 nəfər gəldi”

Oqtay Əsədov deputatın ingilis dili çağırışına belə reaksiya verdi

Source:
Spiker Oqtay Əsədov
Spiker Oqtay Əsədov

Deputat Qüdrət Həsənquliyev Azərbaycanda ingilis dilində tədrisin artırılması ilə bağlı xüsusi proqram hazırlanmasını təklif edib: “Bu gün beynəlxalq dil olan ingilis dilinin inkişafına daha çox diqqət yetirilməlidir. Sovet dövründə rus dilinin öyrənilməsinə ehtiyac var idi, indi isə ingilis dilini öyrənməyə çox böyük ehtiyac var. Təəssüflər olsun ki, bu sahədə vəziyyət ürəkaçan deyil. Nəinki siyasətçilər, məmurlar, hətta bəzi diplomatlatlarımız da ingilis dilini yetərincə bilmir”.

Spiker Oqtay Əsədov deputatın təklifinə reaksiyasında deyib ki, bir neçə il bundan qabaq deputatlar üçün pulsuz ingilis dili kursları təşkil edilib: “Amma çox təəssüf olsun ki, o kurslara cəmi 3-4 nəfər gəldi”.

Ana səhifəXəbərlər”Deputatlar üçün pulsuz ingilis dili kursları təşkil etdik, 3-4 nəfər gəldi”