Deputatlar dərmanların qiymətindən və gömrükdən şikayətləniblər

Milli Məclis, Foto: By aquatarkus/Shutterstock

“Dərmanların qiyməti ilə bağlı layihədən hələ də heç bir məlumat yoxdur”

Azərbaycanda dərman vasitələrinin dövlət qeydiyyatına alınması qaydası dəyişir. Bu, Milli Məclisin aprelin 11-də keçirilən iclasında müzakirəyə çıxarılan “Dərman vasitələri haqqında” Qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.

Layihəyə əsasən, müxtəlif dərman vasitələrinin eyni əmtəə nişanı adı altında (eyni istehsalçının (və ya həmin istehsalçının lisenziyası əsasında istehsal olunmuş), lakin təsiredici maddənin dozası, farmasevtik forması, ticarət qablaşdırması və ya qablaşdırma miqdarı fərqli olan dərman vasitələri istisna olmaqla) dövlət qeydiyyatına alınmasına yol verilməyəcək.

Qüvvədə olan qanuna əsasən isə müxtəlif dərman vasitələrinin eyni ticarət adı altında dövlət qeydiyyatına alınmasına yol verilmir. Hazırkı dəyişikliklə bu tələb yumşaldılır.

Bəzi dərmanların qiymətində o qədər xərclər var ki…”

Müzakirələr zamanı deputat Qənirə Paşayeva deyib ki, Azərbaycana gətirilən dərmanlarlarla bağlı inhisarçılığa son qoyulmalıdır.

O əlavə eidb ki, dərman vasitələrinin idxal prosedurunun sadələşdirilməsinə ehtiyac var:

“Əgər inhisarçılığa son qoyularsa, rəqabət gücləndirilərsə, bu sahədə azad rəqabət mühiti yaradılarsa, bütün bunlar dərmanların həm qiymətinə, həm də keyfiyyətinə öz təsirini göstərmiş olacaq”.

Bir faktı da qeyd edim ki, qardaş Türkiyə ilə müqayisədə heç bir əlavə xərclər dərmanların qiymətini bu qədər artıra bilməz. Bəzi dərmanların qiymətində o qədər xərclər var ki, səfərə gedəndə tanıyan, bilən zəng edərək xahiş edir ki, filan dərmanı gətirə bilərsən?! Çünki həmin dərmanın ölkəmizdəki qiyməti ilə Türkiyədəkindən ciddi fərq var”, – deyə Paşayeva vurğulayıb.

Qənirə Paşayeva
Fpto: Qənirə Paşayevanın şəxsi arxivindən

O, eyni zamanda Dövlət Gömrük Komitəsinə də çağırış edib:

Onsuz da hər kəsin xarici pasportunda olan möhürləri görmək olur. Əgər bir insan ildə bir və ya iki dəfə xaricə gedirsə, deməli o, dərman alveri ilə məşğul ola bilməz. Belə insanlar özü və ailəsi üçün dərman gətirirsə, onlar gətirdiklərinə toxunmaq olmaz”.

“Əmək haqlarımızın bir hissəni YAŞAT Fonduna bağışlayaq”

Deputat hələ də əlillik təyinatı olmayan qazilərin dərman vasitələrini ala bilmədiklərini də qeyd edib:

“Həmin qazilərə bildirilir ki, müalicə almalısan. Əllərində həkim resepti var, lakin əlillik təyinatları olmadığından YAŞAT Fondundan dəstək də ala bilmirlər. Ona görə də aidiyyəti dövlət qurumları hələ də əlliklik təyinatı edilməyən qazilərin dərman təminatı ilə bağlı məsələlərə mütləq baxsınlar. Çünki reseptdə yazılan dərmanların müəyyən qismi təxminən 400 manat pul tutur. Bu da orta aylıq əmək haqqı alan bir insanın aylıq maaşından da çoxdur”.

“Qazilərimiz bildirirlər ki, YAŞAT Fondunda maliyyə çatışmazlıqları var. Ona görə də müalicələrdə gecikmələr olur. Təklif edirəm ki, bu ay əmək haqlarımızın bir hissəni YAŞAT Fonduna bağışlayaq. Bununla da biz digər imkanlı şəxslərə nümunə ola bilərik. Ümid edirəm ki, deputat həmkarlarım bu ay əmək haqlarının bir hissəni YAŞAT Fonduna bağışlamaqla nümunə olacaqlar”, – deyə o bildirib.

Gömrükdə insanların gətirdikləri dərmanlara da maneəçilik törədilir”

YAP-çı deputat Siyavuş Novruzov xaricdən dərman gətirənlərin gömrükdə problemlə üzləşdiyini deyib.

Onun sözlərinə görə, problem hələ də həllini tapmır:

Vətəndaşlar özləri üçün xaricdən ucuz qiymətə dərman vasitələri gətirir. Amma gömrükdə insanların özlərinə gətirdikləri dərmanlara da maneəçilik törədilir. Adam xəstədir, dərman alıb gətirir. Həmin dərmanı öz istifadəsi üçün gətirir, satmağa deyil. Amma problemlə üzləşir. Burada niyə problem yaranmalıdır?”.

Deputat “Alman aptekləri”ndəki dərmanların qiymətindən də şikayətlənib:

Сиявуш Новрузов
Foto: Meydan TV

5 avroluq dərman bu apteklərdə 150 manata satılır. Başa düşürük, yol xərcləri var, amma fərq bu qədər ola bilməz”.

O, dərmanların keyfiyyəti ilə bağlı sualların olduğunu da qeyd edib:

Apteklərdə satılan bəzi dərmanların içərisindəki həblərin sayında fərqlər olur. Bununla da dərman satışı ilə məşğul olanlar gəlir əldə etmək mənafeyi güdmüş olur”.

“Pulsuz paylanılsın…”

Onun həmkarı Tahir Kərimli kütləvi xəstəliklərlə bağlı dərmanların əhaliyə pulsuz verilməsi təklif edib:

Mümkünsə bütün əhaliyə, mümkün deyilsə, kasıb, qazi, ailələrinə dərmanlar pulsuz paylanılsın. Həmin əhali üçün apteklər açılsın, dərmanlarla təmin olunsunlar. Heç olmasa, daha aşağı qiymətə satılsın ki, əhali o dərmanları ala bilsin. Tarif Şurası da buna nəzarət edə bilər. Tarif Şurasından heç vaxt eşitmədik ki, qiymətləri bir dəfə aşağı salsın. Elə hər dəfə qiymətləri qaldırır”, – Kərimli belə deyib.

Deputat Tahir Kərimli
Deputat Tahir Kərimli, Foto: Paralel.az

“Dərmanların qiymətlərinin baha olması ciddi problemdir”

Deputat Vahid Əhmədov bildirib ki, onlarda hökumətin dərman vasitələrinin qiymətləri ilə əlaqəli xüsusi layihə hazırladığı barədə məlumat var, amma bu sahədə irəliləyiş yoxdur.

Lakin uzun müddət keçməsinə baxmayaraq həmin layihə barədə hələ də heç bir məlumat yoxdur. Çünki dərmanların qiymətlərinin baha olması ciddi problemlərdən biridir”, – deyə Əhmədov bildirib.

Vahid Əhmədov
Vahid Əhmədov, Foto: Meydan TV

“Yaxın vaxtlarda belə sənədi görəcəyik”

Milli Məcisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə deyib ki, tək dərmanların qiyməti yox, eləcə də keyfiyyəti, əlçatanlığı və bu sahədə olan digər problemlərlə bağlı Səhiyyə Nazirliyi və hökumət birlikdə sənəd üzərində iş aparır:

Əhliman Əmiraslanov
Foto: Azərtac

“Sənədin hazırlanması ilə bağlı işlər artıq başa çatmaq üzrədir. Güman edirəm ki, yaxın vaxtlarda belə sənədi görəcəyik. Bununla da dərman vasitələri ilə bağlı mövcud olan problemlərin həlli nəzərdə tutulur”.

Müzakirələrdən sonra layihə birinci oxunuşda qəbul edilib. 

Ana səhifəXəbərlərDeputatlar dərmanların qiymətindən və gömrükdən şikayətləniblər