Deputatlar Aqramuntun istefasını tələb ediblər

Pedro Aqramunt: ”Etiraf edirəm ki, Suriyaya səfər yalnış addım idi”

Source:


Pedro Aqramunt: ”Etiraf edirəm ki, Suriyaya səfər yalnış addım idi”

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının iclasında qurumun sədri Pedro Aqramunta etimad məsələsi qaldırılıb.

APA yazır ki, AŞPA sədri çıxışa başlayan zaman assambleya üzvlərinin əksəriyyəti ayağa qalxaraq onun istefasını tələb edib.

Səbəb kimi də Aqramuntun Suriyaya səfəri və orada Bəşər Əsədlə görüşü göstərilib.

Aqramunt da etiraf edib ki, Suriyaya səfəri yanlış addımdır:

“İcazə verin bəyan edim ki, bu səfər yanlış idi və mən nəticələri nəzərə alaraq bunu etiraf edirəm”, – deyə o vurğulayıb.

P. Aqramunt yol verdiyi yanlışlığa görə üzr istəsə də, deputatlar sakitləşməyiblər.

Çıxışını yarımçıq dayandıran AŞPA sədri iclas zalını tərk edib. İclas AŞPA-nın vitse-prezidenti, Avropa Mühafizəkarlar qrupunun sədri Gale Rogerin sədrliyi ilə davam edir.

Aqramunt aprelin 24-də keçirilən iclasa sədrlik etməyəcək. Prosedura görə, sabah Aqramunt AŞPA-nın qrup rəhbərləri və üzvləri ilə ayrıca toplantı keçirməli, onların suallarına aydınlıq gətirməlidir. Sabaha qədər plenar iclasa vitse-prezidentlər sədrlik edəcək.

Sabah xüsusi toplantıda Aqramuntun aqibətinə aydınlıq gələcək.

P. Aqramunt Rusiya Dövlət Dumasının sədr müavini Vladimir Vasilyevin rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti ilə birlikdə bu ilin martında Suriyaya səfər edərək, bir sıra görüşlər keçirib, o cümlədən Suriya prezidenti Bəşər Əsədlə görüşüb.

Ana səhifəXəbərlərDeputatlar Aqramuntun istefasını tələb ediblər