Deputatın sürücüsü 1 il avtomobildən istifadə edə bilməyəcək

Deputatın sürücüsü 1 il avtomobildən istifadə edə bilməyəcək

Source:


Deputatın sürücüsü 1 il avtomobildən istifadə edə bilməyəcək


İstintaq müddətində Faiq Qocayev barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Deputat Aydın Mirzəzadənin bir nəfərin ölümü ilə nəticələnən yol qəzası törətmiş sürücüsü barəsində məhkəmə hökmü açıqlanıb. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, ötən ilin yanvarında Bakının Qaradağ rayonu ərazisində yolu keçən piyada Mariya Cavadovanın ölümü ilə nəticələnən yol qəzasını törədən sürücü Faiq Qocayev Qaradağ

Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə sürücülük hüququndan məhrum edilib. Qaradağ Rayon Məhkəməsinin hökmünə əsasən F. Qocayev 3 il müddətinə azadlıqdan məhrum edilib. Ancaq F. Qocayevin barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi (cəzanın şərti hesab olunması) tətbiq edilməklə cəzası şərti hesab olunub və 1 il sınaq müddəti olmaqla təqsirləndirilən şəxs sərbəst buraxılıb.


İstintaq müddətində F. Qocayev barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Məlum yol-nəqliyyat hadisəsi 2013-cü ilin yanvarın 23-də deputatlar Aydın Mirzəzadə və Elman Məmmədov Ağdam rayonuna tədbirə gedərkən baş verib. Faiz Qocayev idarə etdiyi, “Aztelekom” İstehsalat Birliyinə məxsus “Honda-Accord” markalı, “10 PD 199” dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada Mariya Cavadovanı vurub. Qadın hadisə yerindəcə keçinib. Faktla bağlı təyin edilmiş ekspertiza sürücünün günahkar olması qənaətinə gəlib.

Ana səhifəXəbərlərDeputatın sürücüsü 1 il avtomobildən istifadə edə bilməyəcək