Deputat xarici işlər nazirini istefaya çağırıb

Fəzail Ağamalı

Fəzail Ağamalı

Tofiq Zülfüqarov: ''Nazir bu məsələdə aşağı peşəkarlıq səviyyəsini nümayiş etdirir''

Milli Məclisin martın 30-da keçirilən iclasında xarici işlər naziri Elmar Məmmədyarov istefaya çağırılıb.

31 mart soyqırımına həsr olunmuş xüsusi iclasda çıxış edən deputat Fəzail Ağamalı bildirib ki, Xarici İşlər Nazirliyi Azərbaycan prezidentinin yürütdüyü hücum diplomatiyasına adekvat işləmir.

O qeyd edib ki, Azərbaycan həqiqətlərinin dünyada təbliği və haqqının tanınması üçün Azərbaycan prezidentinin müəyyən etdiyi prioritetlə nazir Elmar Məmmədyarovun fəaliyyəti uyğun deyil:

Elmar Məmmədyarov

Elmar Məmmədyarov

“Bu, olduqca ağır mənzərədir. Çox yaxşı olardı ki, Elmar Məmmədyarov heç olmasa öz təşəbbüsü ilə istefaya getsin”.

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Meydan TV-yə deyib ki, indiki mərhələdə xarici siyasət idarəsində ciddi dəyişikliklər lazımdır:

“Hesab edirəm ki, müxtəlif istiqamətlərdə iş üslubları, kadr siyasətində dəyişikliklər vacibdir. İntəhası, bu dəyişiklikllər hazırkı nazirin rəhbərliyi altında olacaq, bu, ayrı məsələdir. Məncə də, dəyişmək daha məqsədəuyğun olardı. Amma bütün hallarda bu məsələ cənab prezidentin qərarıdır”.

Tofiq Zülfüqarov bildirib ki, Elmar Məmmədyarovun Ermənistan-Azərbaycan konfliktinə dair fəaliyyəti qənaətbəxş deyil:

Tofiq Zülfüqarov

Tofiq Zülfüqarov

“Çünki nazir bu məsələdə aşağı peşəkarlıq səviyyəsini nümayiş etdirir. İkinci, əsas iradlardan biri ondan ibarətdir ki, ictimaiyyətlə heç bir əlaqəsi yoxdur. Azərbaycan xalqının əsas problemi olan bir məsələdə vacib və lazımlı məlumatlar, izahatlar zamanında verilmir. Bir nazir kimi onun bu istiqamətdəki fəaliyyətini qənaətbəxş saymıram”.

Elmar Məmmədyarov 2004-cü ildən Azərbaycanın xarici işlər naziridir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/nmniar

Ən çox baxılan