Deputat vəzifəsindən uzaqlaşdırıldı

Universitetdən Şəmsəddin Hacıyevin Elmi Şuranın iclasını apardığını söylədilər. Təhsil müəssisəsinə Ədalət Muradov rektor təyin olunub.

Source:

Universitetdən Şəmsəddin Hacıyevin Elmi Şuranın iclasını apardığını söylədilər. Təhsil müəssisəsinə Ədalət Muradov rektor təyin olunub.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev vəzifəsindən azad olunub. Bu barədə  məlumat yayan “Qafqazinfo” bildirir ki, dövlət başçısı İlham Əliyevin sərəncamı yaxın saatlarda elan olunacaq. Məlumatla bağlı İqtisad Universiteti ilə əlaqə saxladıq. Universitetdən bildirdilər ki, onlardan bu barədə məlumatsızdırlar və hazırda Şənsəddin Hacıyevin rəhbərliyiylə Elmi Şuranın toplantısı keçirilir.

Şəmsəddin Hacıyev 2004-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin rektorudur, Milli Məclisin Elm və təhsil komitəsinin sədridir.

Son məlumata görə, prezidentin növbəti sərəncamı ilə İqtisadiyyat və Sənaye Nazirliyində İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin müdürü Ədalət Muradov İqtisad Universitetinin yeni rektoru təyin olunub.

Bir neçə gün əvvəl prezident Slavyan Universitetinin rektoru Kamal Abdullanı vəzifəsindən azad edərək dövlət müşaviri təyin etmişdi.

Ana səhifəXəbərlərDeputat vəzifəsindən uzaqlaşdırıldı