Deputat: Tək övladlar arxa cəbhədə xidmət keçməlidir

Fəzail İbrahimli: “Bu, İslam əxlaqına tam uyğun olar”

Foto: arxiv
Fəzail İbrahimli
Fəzail İbrahimli


Fəzail İbrahimli: “Bu, İslam əxlaqına tam uyğun olar”

Deputat Fəzail İbrahimli tək övladların ön cəbhəyə aparılmasına qarşıdır. Bu barədə o, “olke.az” saytına açıqlamasında deyib:

“Ailələrin tək oğlan övladları ön cəbhədə deyil, arxa cəbhədəki hissələrdə xidmət keçməlidir”.

F.İbrahimlinin fikrincə, Azərbaycan tam müharibə şəraitində yaşamır və ordunun canlı qüvvəsi də kifayət qədərdir:

“Düşünürəm ki, bu gün Azərbaycan müharibə vəziyyətində olsa da, ancaq geniş hərbi əməliyyatlar getmir. Doğrudur, cəbhədə hər gün atəşkəs pozulur. Ancaq Azərbaycan Ordusunun igid oğulları düşmənin cavabını layiqincə verir. Hesab edirəm ki, belə bir vəziyyətdə ailələrin tək oğlan övladları arxa cəbhələrdə xidmət etsələr, bu, İslam əxlaqına da tam uyğun olar. Çünki bu gün Azərbaycanda elə ailələr var ki, orada 5 qızı olsa da, oğul övladı olmayana sonsuz kimi baxırlar. Bu əxlaq müstəvisində və bu cür düşüncə ilə yanaşsaq, o zaman ailələrin tək oğlan övladlarının ön cəbhədə deyil, arxa cəbhədə xidmət keçməsi məqbul sayılır. Ancaq əgər müharibə başlayarsa, o zaman mən də əli silah tutan hər bir şəxsin cəbhəyə yollanmasına tərəfdaram”.

Naxçıvanın N saylı hissəsinun əsgəri Adil Əli oğlu Tatarovu mayın 20-də Ermənistan ordusunun açdığı atəş nəticəsində həlak

olub

. A.Tatarov Ağstafa rayonunun Qıraq Kəsəmənli kənd sakinidir və 4 bacının tək qardaşı idi.

Ana səhifəXəbərlərDeputat: Tək övladlar arxa cəbhədə xidmət keçməlidir