Deputat: Təhsilə ictimai inam yaradılmalıdır

“Müəllim-tələbə, müəllim-valideyn arasında ictimai etimad olmalıdır”

Source:
Deputat Hikmət Babaoğlu – Foto: SəsTv
Deputat Hikmət Babaoğlu – Foto: SəsTv


“Müəllim-tələbə, müəllim-valideyn arasında ictimai etimad olmalıdır”

“Təhsilə ictimai inamı bərpa etmək üçün müəyyən addımlar atılmalıdır”, – deputat Hikmət Babaoğlu belə düşünür. O, APA-ya bildirib ki, təhsil ümumi və dərin strateji məsələ olduğundan ictimai rəydə onun keyfiyyəti ilə bağlı düzgün fikir formalaşmalıdır:

“Təhsil sahəsində yeni mərhələyə qədəm qoyulub. Bir müddət sonra bu sahəyə olan ictimai şübhələr yox olacaq. Heç kəsdə şübhə olmayacaq ki, müəllim hansısa məqsədlə tələbənin qiymətini kəsib və yaxud tələbə nəyə arxayın olaraq dərslərini oxumayıb”.

Deputat bildirib ki, bu, bir qədər sonra olacaq. Bugünkü mərhələdə isə gələcəkdə düşündükləri ictimai inamı bərpa etmək üçün müəyyən addımlar atılmalıdır:

“İctimai etimad və inam cəmiyyətin sosial sistemini, müxtəlif sahələri bir-birinə bağlayır. Ona görə də cəmiyyətin bütün sferalarında, xüsusən təhsil kimi həssas bir sahədə mütləq müəllim-tələbə, müəllim-valideyn arasında ictimai etimad olmalıdır. Nə valideyn, nə də tələbə şübhə etməməlidir ki, müəllim onun qiymətləndirilməsində qeyri-obyektiv kriteriyalara istinad edib. İnanıram ki, bu Azərbaycan təhsilinin gələcək inkişafına töhfələr verəcək”.

Ana səhifəXəbərlərDeputat: Təhsilə ictimai inam yaradılmalıdır