Deputat Tarif Şurasının ləğvini təklif etdi: Heç kim bilmir ki, orada kimlər var

“Prezidentin gördüyü işə bu qədər kölgə salmaq lazım deyildi”.

Source: google.az


“Heç kim də camaatın qabağına çıxmır”

“Təcili olaraq Tarif Şurasını ləğv etməliyik”.

Milli Məclisin iclasında deputat Tahir Kərimli çıxış edərək bu təkilifi verib.

O bildirib ki, Azərbaycanın başının üstündə bir kabus əmələ gəlib, o da Tarif Şurasıdır:

"Heç kim bilmir ki, orada kimlər var. Bir də gördün qiyməti qaldırdılar. Heç kim də camaatın qabağına çıxmır. Bütün işlər qalıb deputatın üstündə. Tarif Şurası hansı hüquqla insanların rifahının yaxşılaşdırılmasını pozur? Mənə elə gəlir ki, təcili olaraq Tarif Şurasını ləğv etməliyik. Biz heç bilmirik ki, nə vaxt bahalaşma olacaq. Prezidentin gördüyü işə bu qədər kölgə salmaq lazım deyildi”.

Yanvarın 31-də Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda “Azərsu” ASC-nin müraciəti müzakirə olunub və bir kubmetr su təchizatının tarifinin ikiqat artırılması barədə qərar qəbul edilib.

Qərara əsasən, tarif ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq olunub.

Ana səhifəSosialDeputat Tarif Şurasının ləğvini təklif etdi: Heç kim bilmir ki, orada kimlər var