Onun vəziyyətinin orta stabil olduğu deyilir
Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri, deputat Hüseynbala Mirələmovun səhhətində problem yaranıb.
O, hazırda Mərkəzi Klinik Xəstəxanada müalicə olunur.
APA yazır ki, beyindaxili təzyiqdən əziyyət çəkən H.Mirələmov iki gün əvvəl ağır vəziyyətdə klinikanın reanimasiya şöbəsinə yerləşdirilib.
Yaxınları deputatın vəziyyətinin orta stabil olduğunu deyiblər.
ARDNŞ prezidentinin müşaviri olan Hüseynbala Mirələmov 2005-ci il noyabrın 6-da 33 saylı Xətai birinci seçki dairəsindən deputat olub. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Litva, Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.