Azərbaycan Ordusunun zabiti, tabor komandiri Qubadlıda minaya düşüb.
Bu barədə deputat Qənirə Paşayeva “facebook” hesabında məlumat yayıb.
O bildirib ki, Qubadlı istiqamətində Azərbaycan Ordusunun tabor komandiri mayor Sərxan Muxtarov mina partlayışı nəticəsində həlak olub.
Milli Məclisin komitə sədri Qənirə Paşayeva bununla bağlı zabitin ailəsinə başsağlığı da verib: “Nur içində yatsın. Vətən üçün yaşayanlar və həyatını fəda edənlər heç zaman unudulmurlar!” – deyə deputat qeyd edib.