“Bütün bunların arxasında hansısa qara niyyətlər durur və kimlərsə ölkə rəhbərliyində onun barəsində mənfi fikir yaratmaq istəyir”
“Bu gün evimdə axtarış aparılması, silah-sursat tapılması haqda yayılan xəbərlər mənə qarşı təxribatdır”, – deputat Qalib Salahzadə bunları Bilgəhdəki evində axtarış aparılması və silah -sursat tapılması haqda xəbərlərlə bağlı “Turan İA”-a bildirib.
Onun fikrincə, bütün bunların arxasında hansısa qara niyyətlər durur və kimlərsə ölkə rəhbərliyində onun barəsində mənfi fikir yaratmaq istəyir.