Deputat, Ombudsman və MSK üzvlərinin ailələri yeni şərtlərlə pensiya alacaq

Qadir İbrahimli: “MSK üzvünün ailə üzvü niyə adi vətəndaşın ailə üzvündən fərqli imtiyazlara malik olmalıdır?”

Source:


Qadir İbrahimli: “MSK üzvünün ailə üzvü niyə adi vətəndaşın ailə üzvündən fərqli imtiyazlara malik olmalıdır?”

Deputatlar, Ombudsman, MSK üvləri və onların ailələrinin pensiyalarına yeni şərtlərlə əlavələr edilir.

İndiki və sabiq Milli Məclis deputatlarına, Ombudsmana və Mərkəzi Seçki Komissiyası üzvlərinə, həmçinin onların ailə üzvlərinin əmək pensiyalarına yeni şərtlərlə əlavələr təyin edilir. Bununla bağlı qanun layihəsi parlamentin Əmək və sosial siyasət komitəsinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I qrup əlil olmuş, azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olduqda, indiki və sabiq ombudsmana, Milli Məclis deputatlarına, MSK üzvlərinə, o cümlədən onların ailə üzvlərinə qulluq stajı əsasında əmək pensiyasına əlavələr təyin olunur.

Qadir İbrahimli
Qadir İbrahimli

İqtisadçı Qadir İbarhimli Meydan TV-yə deyib ki, son vaxtlar rəsmi və qeyri-rəsmi şəkildə Azərbaycanda müəyyən qrupun imtiyazlı zümrəyə çevrilməsi prosesi sürətlənir:

“Bu tendensiya vəzifə təyinatlarında da özünü göstərir, məsələn, hansısa deputatın qohumu rayon polis idarəsinin rəisidir. İkinci məqam isə həmin qrupa qanunvericilikdə güzəşt və imtiyazlar verilir. Sual yaranır; MSK üzvünün ailə üzvü niyə adi vətəndaşın ailə üzvündən fərqli imtiyazlara malik olmalıdır? Onların ailələrinə hər hansı imtiyazın verilməsi doğru deyil. Bu imtiyazlar müəyyən şərtlər daxilində verilə bilər. Yalnız Azərbaycanın ərazi bütövlüyü uğrunda yaxınlarını və sağlamlıqlarını itirən şəxslərə verilə bilər. Ancaq təqdim edilən zümrənin özləri də, ailə üzvləri də sağlamdırlar və əlavə imtiyazın verilməsi anormaldır”.

Ana səhifəXəbərlərDeputat, Ombudsman və MSK üzvlərinin ailələri yeni şərtlərlə pensiya alacaq