Deputat: ”Kimsə Azərbaycanı bəyənmirsə, cəhənnəm olub getsin”

Deputat ”Kürdüstan” muxtariyyətini dəstəkləyən məmurla bağlı Baş Prokurora çağırış etdi

Source:


Deputat ”Kürdüstan” muxtariyyətini dəstəkləyən məmurla bağlı Baş Prokurora çağırış etdi

“Əgər kimsə Azərbaycanı bəyənmirsə, Azərbaycan pasportunu yandırmaq istəyirsə, cəhənnəm olub getsin”.

Meydan TV xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa Laçın rayon İcra Hakimiyyətinin şöbə müdiri Fizuli Tanirverdiyevin İraqın şimalında keçirilən referendumu və Kürd Muxtariyyətinin müstəqilliyini dəstəkləməsi məsələsindən danışarkən deyib.

“Kiminsə hansısa xalqa simpatiyası normal qəbul oluna bilər. Amma bu adam “Kürdüstan”a görə daşıdığı Azərbaycan pasportunu, hərbi biletini cırmağa hazırdır. Dəhşətlisi odur ki, hələ də Azərbaycan dövlətində tutduğu vəzifəsini icra edir və ona “qaşın üstdə gözün var” deyən yoxdur. Düzdür, biz kərküklü qardaşlarımıza dəstək veririk, amma bu məmurun bu addımı narahatlıq doğurur. Bununla bağlı vaxtında tədbir görməsək, sonra bu məsələ elə vüsət alacaq ki, gec olacaq”.

Fazil Mustafa qeyd edib ki, azərbaycanlı məmurun dövlətin və xalqın maraqlarına zidd olaraq, səsverməyə belə açıq dəstək ifadə etməsi ilə bağlı hüquq-mühafizə orqanları ciddi tədbir görməlidirlər.

Deputat Vahid Əhmədov da Baş Prokurorluğa çağırış edərək, bu məsələ ilə bağlı ciddi tədbir görülməsini istəyib:

Vahid Əhmədov

“Azərbaycan 25 ildən çoxdur ki, separatizmdən əziyyət çəkir. İndi bizim məmur durub separatçı “referundumu” dəstəkləməklə sırf dövlətçiliyimizə zərər vurur. Baş prokuror Zakir Qaralova müraciət edirəm ki, Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə qarşı olan bu addımlarla bağlı vaxtında tədbir görsün”.

Deputat Fərəc Quliyev öz növbəsində deyib ki, kürd referendumunun Azərbaycana birbaşa aidiyyatı var. O vurğulayıb ki, Kürd muxtariyyatının telekanallarında Azərbaycan ərazilərinə də iddialar əksini tapır.

Fərəc Quliyev
Fərəc Quliyev

“Biz buna susa bilmərik. Biz həm kürd referendumu, həm də Kataloniya ilə bağlı ayrıca müzakirələr aparlmalıyıq. Biz Dağlıq Qarabağla bağlı dəstək almaq istəyiriksə, həm İspaniya, həm də Türkiyəni müdafiə etməliyik”, – F.Quliyev deyib.

Bir müddət

Fizuli Tanirverdiyev

“facebook” sosial şəbəkəsindəki səhifəsində “Kürdüstan”ın müstəqilliyini dəstəklədiyini bəyan edib, Kürd Muxtariyyətinin başçısı Məsud Bərzaninin fotolarını paylaşıb. O, mətbuata açıqlamasında əməlində qanun pozuntusu olmadığını iddia edib. Hüquq-mühafizə orqanalrı məsələ ilə bağlı araşdırma aparır.

Ana səhifəXəbərlərDeputat: ”Kimsə Azərbaycanı bəyənmirsə, cəhənnəm olub getsin”