Deputat: İnsanların nifrətini qazanan TƏBİB ləğv edilməlidir

“Büdcəmizin imkanlarının ən geniş olduğu bir dövrdə Astara şəhərinin su və kanalizasiyası ilə bağlı məsələ niyə kəm-kəsirlə yerinə yetirilib?”

Foto: Meydan TV


Deputatlar dövlət qurumlarının fəaliyyətini tənqid edib

“TƏBİB adlanan qurum yaradılıb, amma özünü doğrultmayıb. Bunun nəticəsində həmin qurum insanların nifrətini qazanıb”. Parlamentdə dekabrın 25-də keçirilən iclasında büdcə zərfinin müzakirələri zamanı çıxış edən deputat Qüdrət Həsənquliyev belə deyib.

O hesab edir ki, TƏBİB ləğv edilməli, Səhiyyə Nazirliyinin səlahiyyəti özünə qaytarılmalıdır:

“Biz icbari tibbi sığortaya keçirik. Hesab edirəm ki, səhiyyə müəssisələri özəlləşdirilməyə çıxarılmalıdır. İri dövlət şirkətlərinin isə 51 faizi dövlətdə saxlanılmaqla, 49 faizi özəlləşdirməyə çıxarılmalıdır”.

Qüdrət Həsənquliyev foto google.az
Qüdrət Həsənquliyev

Parlamentin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov isə “Azərsu” ASC-nin fəaliyyətini tənqid edib.

O bildirib ki, qurum 2008-ci ildə Astara şəhərində su və kanalizasiya layihəsi ilə bağlı tenderin qalibi elan olunub:

“Ötən dövr ərzində su problemi həll olunsa da, hələ də kanalizasiya məsələsi həllini tapmayıb. Layihənin indiyə qədər tam icra olunmaması seçicilərdə suallar doğurur və bu sualı da dünən seçicilərdən biri parlamentdə səsləndirilməsini xahiş edib:

Rəşad Mahmudov
Rəşad Mahmudov

“Büdcəmizin imkanlarının ən geniş olduğu bir dövrdə Astara şəhərinin su və kanalizasiyası ilə bağlı məsələ niyə kəm-kəsirlə yerinə yetirilib? Seçicim məntiqi olaraq sual verir ki, Şuşada bu il su və kanalizasiya işlərinə başlanılsa, müvafiq qurumlar o işləri neçə ilə başa çatdıracaqlar?”

Deputat büdcə müzakirələri zamanı “Azərsu” ASC rəhbərliyndə bu sualın cavablandırılmasını təklif edib.

Ana səhifəSosialDeputat: İnsanların nifrətini qazanan TƏBİB ləğv edilməlidir