Deputat Elton Məmmədov qardaşının qudasının qətlindən danışdı

“Hadisənin təfərrüatları barədə rayon prokrorluğundan məlumat əldə etməyi məsləhət görüb”

Source:


“Hadisənin təfərrüatları barədə rayon prokrorluğundan məlumat əldə etməyi məsləhət görüb”

Qusar rayonunun Çiləgir kəndində törədilmiş qətldə öldürülən Ramiz Vəliyevin nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovla quda olması haqda informasiayalar yayılıb. Qeyd edilir ki, hadisə nazirin qardaşının yanında baş verib.

modern.az bununla bağlı Ziya Məmmədovun digər qardaşı, millət vəkili Elton Məmmədovla əlaqə saxlayıb.

Törədilən qətl olayı barədə danışa bilməyəcəyini deyən Elton Məmmədov hadisənin təfərrüatları barədə rayon prokrorluğundan məlumat əldə etməyi məsləhət görüb.

O, hadisə zamanı qardaşı Nəriman Məmmədovun sarsıntı keçirməsi və dilinun tutulması faktını inkar edib. E.Məmmədov bildirib ki, bu məlumatlar yalandır.

İyunun 30-da Qusar rayonunun Çiləgir kəndində qətl törədilib. Bakı şəhər sakini, 70 yaşlı Ramiz Vəliyev odlu silahla qətlə yetirilib.

Yerli sakinlər R.Vəliyevin Eynulla Hacıyev adlı kənd sakini tərəfindən namus üstə öldürüldüyünü bildiriblər. Hadisə biznesmen Ramiz Vəliyevin Çiləgir kəndindəki villasında baş verib. Eynulla Hacıyev bu villada gözətçi, onun bacısı isə qulluqçu işləyirmiş. O, qətli də bacısının namusunu qorumaq üçün törədib.

Qeyd edilir ki, hadisə vaxtı Nəriman Məmmədov qudasının villasında istirahətdə imiş. Gözətçi E.Hacıyev R.Vəliyevi güllələyəndə nazirin qardaşı da ruhi sarsıntı keçirib, onun hətta qorxudan dilinun tutulduğu vurğulanır.  Bildirilir ki, onu əvvəlcə rayon xəstəxanasına, oradan isə Bakıya gətiriblər.

Ana səhifəXəbərlərDeputat Elton Məmmədov qardaşının qudasının qətlindən danışdı