Razi Nurullayev

Mənbə: Meydan TV

Başlıq: Razi Nurullayev

Deputat: Dövlətin şirkətlərini də şəxsi firmanız kimi idarə edirsiniz

Razi Nurullayev AZAL və SOCAR-ı tənqid atəşinə tutdu

Milli Məclisdə 2020-ci ilin büdcəsinə dəyişiklik layihəsinin III oxunuşda müzakirəsi zamanı deputat Razi Nurullayev SOCAR və AZAL-ın fəaliyyətini tənqid edib.

“Dünən Prezidentin keçirdiyi müşavirədə səsləndirdiyi iradlar və çəkdiyi adlar ürəyimə su səpdi. Demişdim ki, adlar çəkəcəyəm və Prezidentin dünənki çıxışından sonra artıq bunu daha sərbəst edə bilirəm”.

“Rövnəq müəllim bilsin ki...”

R.Nurullayev bildirib ki, neçə illərdir ki, bu məsələlər deyilirdi, nəticə isə olmurdu:

“Artıq çox şey dəyişməlidir və vəzifəsini dürüst icra etməyənlər kreslolarını, bir zəhmət, boşaltsınlar. Neft Şirkətinin vəzifəsi neftdən qazanılan pulları xalqın rifahı üçün xərcləməkdir. Neft Şirkətinin nə deputatları, nə də xalqın nümayəndələrini ağ və qaradəriliyə bölməyə ixtiyarı yoxdur. İmişlinin 10 kəndi qazlaşmayıb, camaat çıxıb yolu da bağlayır, vecinə alan yoxdur. Məgər on il ərzində bir-iki kəndi qazlaşdırmağı plana salmaq olmazdı? Olardı. Amma sərf etmir. Çünki bütün məsələlərə hesab-kitabla baxılır və bu hesab-kitabın adı əyri yollar, əyri işlər və ziqzaqlı korrupsiya piramidasıdır. Hörmətli Rövnəq müəllim heç telefonu qaldırmır. Nəticəsi isə artıq görünür ki, çox ağır olacaq. Amma Rövnəq müəllim bilsin ki, mən çıxışımın sərtliyini 70% azaltdım və bunu bir sıra dostlarımın və həmkarlarımın xətrinə edirəm”.

“Qiymətlər göyün yeddinci qatında, hər kəs də digər aviaşirkətlərlə uçur”

Deputat AZAL-lın fəaliyyətini də tənqid edib:

“Azərbaycan xalqı, hətta xeyli deputatlar, digər tez-tez səfər edən kəsim nəyə görə gedib başqa ölkələrə Gürcüstandan uçmalıdır? Vətəndaşlarımız Azərbaycan dövlətinin, yəni Azərbaycan xalqının pulu ilə alınan təyyarələrlə niyə uçmamalıdır? Nədir-nədir, təyyarələr bahalıdır, təmizdir, yeyib-içmək verirlər və s. Cahangir müəllim, bu xalq çirkli təyyarədə də uçar, evindən apardığı yeməkləri yeyər, narahat kresloda da oturar. Guya 2-3 saat rahat kresloda otursa, həyatı dəyişəcək? Həyatı dəyişənlər sizsiniz. Dövlətin büdcəsi ilə özünüzə biznes qurmusunuz və dövlətin şirkətlərini də şəxsi firmanız kimi idarə edirsiniz. Bu biabırçılıqdır. Dövlət şirkətləri dövlətin büdcəsini talamaq üçün növbəyə durub. Siz pul qazanıb kreditlərinizi ödəmələsiniz, hələ dövlətə vergi də verməlisiniz. Qiymətlər göyün yeddinci qatında, hər kəs də digər aviaşirkətlərlə uçur və elə hallar olub ki, siz təyyarədə 2-3 nəfərlə ancaq elə özünüz uçmusunuz. Kimin pulu ilə? Cavab verin!”

Avqustun 6-da Prezident İlham Əliyev Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə dövlət şirkətlərini tənqid edib.

O bildirib ki, SOKAR, AZAL, “Azərbaycan Dəmir Yolları” QSC, Xəzər Dəniz Gəmiçiliyi kimi şirkətlərə dövlətdən maliyyə ayrılsa da, mənffət götürülmür.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/8iwlhr

Ən çox baxılan