Deputat baş redaktor: Reket jurnalistlərin arxasında məmurlar durur

”Jurnalistikada qayda-qanun yaratmaq istəyiriksə, bu cür həbslər davamlı olmalıdır”

Source:
Bəxtiyar Sadıxov foto APA
Bəxtiyar Sadıxov foto APA
Bəxtiyar Sadıxov foto APA
Bəxtiyar Sadıxov foto APA


”Jurnalistikada qayda-qanun yaratmaq istəyiriksə, bu cür həbslər davamlı olmalıdır”

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən vətəndaşları şantaj edən dəstə zərərsizləşdirilib. “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun tapşırıqları əsasında fəaliyyət göstərən digər şəxslər müvafiq cinayətləri törətməkdə şübhəli şəxs qismində cinayət məsuliyyətinə cəlb edilibər.

DTX-nin yaydığı məlumatda bu barədə bildirilir.

“Azərbaycan” qəzetinin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, deputat Bəxtiyar Sadıqov DTX-nin məlumatını modern.az-a şərh edərkən deyib ki, bir reket jurnalistin tutulması digərində qorxu hissi yarada bilməz:

“Güman etmirəm ki, birinin həbs edilməsi, cəzalandırılması digərlərində qorxu yaratsın. Əvvəla, Azərbaycanda jurnalistikaya həmişə hörmət olub. Söz və mətbuat azadlığı yaranandan sonra müəyyən insanlar bu hörmətdən sui-istifadə etməyə başladılar. Qəzet buraxmaqla, sayt açmaqla, jurnalistikanı da, jurnalistləri də hörmətdən saldılar. Özləri üçün bundan çirkli dolanışıq mənbəyi yaratdılar. Beləliklə, reket jurnalistlər, həm də yaramaz insanların tapşırığı ilə jurnalist adından istifadə etməklə, insanları şantaj etmək, hədə-qorxu gəlmək, insanlar haqqında mənfi kompromatları açıqlamaqla “sizi biabır edəcəyik” deyib soyğunçuluqla məşğul oldular. Təəssüf ki, arxalarında nüfuzlu məmur qrupu dayandığına görə uzun müddət bunların əməlləri intişar tapıb və bunlar bu işdən yaxşı qazanıblar”

Baş redaktor bir məqama toxunaraq deyib ki, məlum “MTN işi”ndə reket jurnalistlərin də barmağı olub.

“”MTN-işi” baş verən zaman məlum oldu ki, oradakı mənfi işlərlə məşğul olan generallar həm də mətbuatla əlaqəli işləyərək bu əməllləri törədiblər. Sirr deyil ki, bir neçə qrup var ki, o işlə məşğuldur. Həmin o qəzetlər, saytlar, jurnalistlər bu işlə məşğul olurdular.

Nədənsə, elə oldu ki, dərhal səslərini kəsdilər. Çağrılıb sorğu-sual edəcəklərini gözlədilər. Bir müddət keçdi. Qəfildən bu sükut da bitdi. Hər şeyi arayıb-axtaran, ifşa edən jurnalistlərimiz səslərini çıxarmadılar. Sonra həmin qrup qabaqdangəlmişlik etməyə başladı. Hamıdan çox əl-ayağa düşüb bu cür hərəkətləri pislədilər. Bunların harada fəaliyət göstərmələri ofisləri faktlarla ortaya çıxdı”.

Bəxtiyar Sadıqov onu da bildirib ki, bu cür həbslər davamlı ola bilər.

“Belə hesab edirəm ki, jurnalistikada qayda-qanun yaratmaq istəyiriksə, bu cür həbslər davamlı olmalıdır. Sadəcə, bu cür məsələlər əşyayi-dəlillər vasitəsilə sübut olunmalıdır. Həm də bunların tələsinə düşən insanların müraciəti də kömək edə bilər”.

Ana səhifəXəbərlərDeputat baş redaktor: Reket jurnalistlərin arxasında məmurlar durur