Deputat Baş Prokurorluğu hədəfə aldı

Zahid Oruc: “Bu qurum görəsən indiyə qədər hansı fəaliyyətlə məşğul olub?”

Source:


Zahid Oruc: “Bu qurum görəsən indiyə qədər hansı fəaliyyətlə məşğul olub?”

Deputat Zahid Oruc Baş Prokurorluğun nəzdindəki təhlükəsizlik orqanlarına nəzarət edən qurumun fəaliyyətini, Milli Təhlükəsizlik Nazirliyi (MTN) olayları fonunda kəskin tənqid edib.

Modern.az saytı xəbər verir ki, deputat bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında danışıb.

O, qeyd edib ki, parlamentin hansısa güc strukturlarına, hüquq-mühafizə orqanlarına nəzarət etmək funskiyası yoxdur:

“Ancaq Baş Prokurorluqda təhlükəsizlik orqanlarının fəaliyyətinə nəzarət edən qurum var. Bu qurum görəsən indiyə qədər hansı fəaliyyətlə məşğul olub? O görəsən zamanında MTN ətrafında baş verən hadisələri bilibmi? Ona nəzarət edibmi? Əslində bu qurumun bir fəaliyyəti də elə bundan ibarət olmalıdır. Ümumiyyətlə, bir çox nazirliklərin təhlükəsizlik, istintaq qurumları da var. Artıq zaman gəlib ki, həmin qurumlar ləğv edilsin”.

Ana səhifəXəbərlərDeputat Baş Prokurorluğu hədəfə aldı