Deputat ”Azərişıq” və ”Azəristiliktəchizat”ın dərhal özəlləşdirilməsini təklif edir

”Ciddi islahatlar aparmasaq, radikal addımlar atmasaq, vəziyyəti dəyişmək mümkün olmayacaq”

Source:


”Ciddi islahatlar aparmasaq, radikal addımlar atmasaq, vəziyyəti dəyişmək mümkün olmayacaq”

“Azərişıq” ASC və “Azəristiliktəchizat” ASC-nin dərhal özəlləşdirilməsə, problemlər nəinki həll olunmayacaq, əksinə dərinləşəcək”.

Meydan TV xəbər verir ki, bunu Milli Məclisin komitələrində Azərbaycanın 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı çıxış edən deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, bizim büdcənin həcminə baxanda, hər şey aydın olur.

“Bizdə qeyri-neft sektoru üzrə hüquqi şəxslərin mənfəət vergisi 1,5 milyard dollardır. Bu, bizim iqtisadiyyatımızın real gücü haqqında məlumat verir. Ciddi islahatlar aparmasaq, radikal addımlar atmasaq, vəziyyəti dəyişmək mümkün olmayacaq. İqtisadiyyatın həcmi azdır, ona görə də qeyri-neft sektorunda 2,4 faiz artım olanda, sevinirik. Axı bu rəqəm iqtisadiyyatın sürətli inkişafını təmin etmir”.

O, qeyd edib ki, əhalisinin sayı Azərbaycanın yarısı qədər olan Norveçin büdcəsi 221 milyard dollardır.

“Bu ölkənin Neft Fondunun vəsaitləri 1 trilyon dollara çatıb. Yəni, biz bu cür ölkələrdən nümunə götürməliyik”.

Azərbaycanın növbəti il dövlət büdcəsinin gəlirləri 20,127 mlrd. manat, xərcləri isə 20 mlrd. 905,7 mln. manat təşkil edəcək.

Ana səhifəXəbərlərDeputat ”Azərişıq” və ”Azəristiliktəchizat”ın dərhal özəlləşdirilməsini təklif edir