Deputat: Azərbaycanın İranın oyunlarına son qoymağa kifayət qədər müttəfiqləri var

“Yəni hərbi təlimlərin Azərbaycana təsiri olmayacaq, amma daxili auditoriyanı Ermənistanla və İranla münasibətlərdə təsir göstərmək istəyi var”.

Source: APA


Akif Heydərli: "İranla sərhəddə İsrail şirkətlərinin iştirakı Tehranı qıcıqlandırmaya bilməz"

Oktyabrın 1-də İran İslam Respublikaısnın quru qoşunları ölkənin şimal-qərbində yeni təlimlərə başlayacaq.

Xəbəri "Mehr" agentliyi yayıb.

İranın Quru Qoşunların generalı Əmir Heydəri "Xaybar fatehləri" adlı təlimlərə zirehli tank hissələri, artilleriya, pilotsuz uçuş aparatları və hərbi helikopterlərin cəlb ediləcəyini söyləyib.

"Silahlı Qüvvələrimizin bu regionda və ölkənin müxtəlif yerlərində təlimləri texnika və silahların sınaqdan keçirilməsi, İranın istənilən nöqtəsində Silahlı Qüvvələrin hərbi hazırlığının qiymətləndirilməsi məqsədilə planlı təlimlərdir", – Əmir Heydəri belə deyib.

"Turan.az" yazır ki, İran təlimlərin adı belə seçməklə İsrailə eyham vurur: "Xaybar oazisi Səudiyyə Ərəbistanında Mədinə yaxınlığında yerləşir. 628-ci ildə ərəblər Məhəmməd peyğəmbərin komandanlığı ilə yəhudiləri oradan qovublar".


"Tarix boyu İranın hər hansı ölkənin ərazi bütövlüyünə qəsd etdiyini müşahidə etməmişik"

İslam Partiyasının sədr müavini Akif Heydərli Meydan TV-yə deyib ki, öz ərazisində hərbi təlimlər keçirməsi İran İslam Respublikasının müstəsna hüququdur: "Azərbaycan dövlət başçısı da son çıxışlarında belə deyib. Amma təlimlərin niyə Azərbaycan sərhədində və indi keçirilməsinə gəlincə, bu da Tehranın daxili işidir. Ola bilsin, İran İslam Respublikası hansısa məlumatlara malikdir, biz tam informasiyanı bilmirik".

4bk6b4b67c7d308p6a_800C450.jpg
Akif Heydərli

Akif Heydərli hərbi təlimlərin Azərbaycanla bağlı olmasını istisna edir: "Tarix boyu İranın hər hansı ölkənin ərazi bütövlüyünə qəsd etdiyini müşahidə etməmişik. Bu, İslam dövləti üçün yolverilməzdir. Bu mənada inanmır və təsəvvür etmirəm ki, İran İslam Respublikasının Azərbaycanın ərazi bütövlüyünə hər hansı bir qəsdi, qərəzi olsun və bunu hərbi ritorikayla ifadə etsin. Amma Azərbaycanın İranla sərhədində olan rayonlarında İsrail və İtaliya şirkətlərinin iştirakı Tehranı qıcıqlandırmaya bilməz. Çünki İranla sırf düşmənçilik münasibətində olan İsrailin İran sərhədində görünməsi hətta İslam dövləti üçün gələcək təhlükələrin mənbəyi ola bilər. İranın başda ABŞ olmaqla Qərbin təzyiqinə məruz qaldığını bilirsiniz və onların İranda indiki sistemi devirmək həmləsi var. Ona görə də İran öz dövlətçiliyini qorumağa, sərhəddən və qonşulardan baş verə biləcək təhlükələrin qarşısını preventiv şəkildə almağa məcbur və məhkumdur".


"Ermənistan terrorçularına verilən dəstək normal qonşuluğa və İslam dəyərlərinə ziddir"

Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə iddia edir ki, İran İslam Respublikasının parlamentində Ermənsitanla bir xalq, iki dövlət şüarlarını səsləndirənlər olub:

"Bundan əvvəl isə 30 illik işğal zamanı Azərbaycanın məscidlərini dağıdan, orada donuz saxlayan, yüzminlərlə müsəlmanı didərgin salan Ermənistan terrorçularına verilən dəstək normal qonşuluğa və islam dəyərlərinə ziddir".

Asim Mollazadə
Asim Mollzadə

Asim Mollazadə hesab edir ki, Azərbaycanın bu oyunlara son qoymağa kifayət qədər dostları və müttəfiqləri var: "Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməklə ərazi bütövlüyünü bərpa etdi. Bu mənada öz dəyərlərimizi müdafiə etmək imkanımız yetərincədir".


"İranın vəzifəli şəxslərinin son bəyanatları bir-biriylə təzad təşkil edir"

Hərbi ekspert Ədalət Verdiyev Azərbaycanla sərhəddə bu cür təlimlərin indiki vaxtda keçirilməsini yerli auditoriyaya yönəlik hərbi-siyasi təzyiq məqsədi daşıdığı qənaətindədir: "Yəni hərbi təlimlərin Azərbaycana təsiri olmayacaq, amma daxili auditoriyanı Ermənistanla və İranla münasibətlərdə təsir göstərmək istəyi var".

Onun fikrincə, İranın vəzifəli şəxslərinin son bəyanatları bir-biriylə təzad təşkil edir: "Məsələn, daxili işlər naziri ilə İnqilab Keçikçilər Korpusunun generallarının açıqlamaları arasında çox ciddi fərq var. Birincisi Azərbaycanla münasibətlırin müsbət istiqamətə yönləndirməyin, digərləri isə gərginləşdirməyə xidmət edir. Amma bütün bunlara rəğmən Azərbaycan təlimlərlə bağlı sərt fikirlərini səsləndirib".

edalet-e1617183922851.jpg
Ədalət Verdiyev

AzadliqRadiosunun Fars Xidməti İran rəsmilərinə istinadən bildirib ki, regionda baş verənlərdə İsrailin də rolu var.

Azərbaycan dövlət başçısı "Anadolu" agentliyinə 27 sentyabr müsahibəsində İranın son hərəkətlərinin Azərbaycana qarşı hörmətsizlik kimi

qiymətləndirmişdi

.

İlham Əliyev sual etmişdi ki, İran nə üçün Cəbrayıl, Zəngilan, Füzuli rayonları işğal altında olanda hərbi təlimlər keçirmirdi: "Nə üçün 30 illik işöala son qoyandan bu təlimlər keçirilir?".

İranın quru qoşunlarının komandanı Məhəmməd Pakpur İlham Əliyevin açıqlamasını qeyri-real və təxribat xarakterli olduğunu

adlandırıb

: "Qonşu dövlətlər İranın nəyə görə təlim keçirdiyini yaxşı bilirlər. Yaxşı olardı, Azərbaycan rəsmiləri İsrailin təsirindən uzaq dayansın və Bakı ərazisində bu dövlətə platforma yaratmasın".

Ana səhifəSiyasətDeputat: Azərbaycanın İranın oyunlarına son qoymağa kifayət qədər müttəfiqləri var