Deputat Araz Əlizadə prezidentliyə namizədliyini irəli sürüb

Namizədliyi irəli sürülmüş şəxslərin sayı 10-a çatdı

Source:


Namizədliyi irəli sürülmüş şəxslərin sayı 10-a çatdı

Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadə 11 aprel növbədənkənar prezident seçkisinə namizədliyini irəli sürüb.

Bu barədə Meydan TV-yə Araz Əlizadə özü deyib.

Deputat seçkidə iştirak etmək barədə partiyanın qərarı olduğunu xatırladaraq, belə bir addım atdığını söylədi.

O, bugünlərdə sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edəcək.

Araz Əlizadə 1989-cu ildən Azərbaycan Sosial Demokrat Partiyasının sədri, 1995-ci ildən 2012-ci ilə qədər ASDP-nin həmsədri, 2012-ci il iyunun 30-da keçirilən partiyanın XII qurultayında ASDP-də həmsədr institutu ləğv ediləndən və sədr institutu bərpa ediləndən sonra – sədridir.

A.Əlizadə 1991-1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı olub. Hazırda Milli Məclisin üzvüdür.

2013-cü ildə keçirilən prezident seçkilərində iştirak edib.

Hazırda Araz Əlizadə ilə birlikdə 10 nəfərin növbədənkənar prezident seçkisində namizədliyi irəli

sürülüb.

Bunlar hazırki dövlət başçısı İlham Əliyev, Vətəndaş İnkişaf Partiyasının sədri Əli Əliyev, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, AXCP sədrinin keçmiş müavini Razi Nurullayev, “Ağ Partiya”nın sədri Tural Abbaslı, Müasir Müsavat Partiyası sədri Hafiz Hacıyev, Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, deputat Zahid Orucdur.

Müxalifətin təmsil olunduğu Milli Şura, Xalq Cəbhəsi Partiyası seçkiləri boykot etmək qərarı verib, Müsavat isə seçkilərdə iştirakdan imtina edib.

Prezidentin fevralın 5-ə imzaladığı sərəncamla Azərbaycanda aprelin 11-ə növbədənkənar prezident seçkiləri təyin edilib.

Prezident seçiləcək şəxs ilk dəfə olaraq 7 il müddətinə ölkəyə rəhbərlik edəcək. Buna qədər Azərbaycanda prezidentlik müddəti 5 il idi.

Ana səhifəXəbərlərDeputat Araz Əlizadə prezidentliyə namizədliyini irəli sürüb