Mənbə: Meydan Tv

Dənizə axıdılan zibillər

Məqalə yeniləndi:  31 Mart 2021

Novxanıya gedən yol üfunətdən keçilməzdir

Bakının Novxanı qəsəbəsində sahilboyu tikilən evlərin kanalizasiyası çirkabı çimərlik ərazisinə, oradan isə dənizə axıdılır. Üstəlik, çimərlik ərazisi zibil tullantıları ilə çirkləndirilib.

Fatmayı istiqamətindən Novxanıya gedən yol üfunətdən keçilməzdir:

“Kanalizasiya çirkabı tullantıların iyinə qarışıb, üfunət az qala 10-15 kilometrdən hiss olunur. Çimərliyin nəzarətsiz qalması nəticəsində tullantılar əraziyə atılır və günlərlə təmizlənmir. Halbuki yayda yüzlərlə sakin məhz o ərazidə dincəlir”, - Novxanı sakini Rəşad Quliyev deyir.

Digər sakinlər də vəziyyətdən narazıdırlar.

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Meydan TV-yə şikayətin araşdırılacağını deyiblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə quruma bununla bağlı müraciət daxil olmadığı söylənilib. Bildirilib ki, şikayətçilər müraciət edəcəyi təqdirdə araşdırma aparılacaq.

Dənizə axıdılan zibillər

Dənizə axıdılan zibillər

Mənbə: Meydan Tv

Dənizə axıdılan zibillər

Dənizə axıdılan zibillər

Mənbə: Meydan Tv

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  31 Mart 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/oza4oe

Ən çox baxılan