23.47.
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı "Facebook" hesabında yazıb: "Mənə verilən məlumatda deyilir ki, yanan "Ümid" yatağının öyrənilməsi üçün qazılmış köhnə kəşfiyyat quyusudur, Belə ki, adətən kəşfiyyat quyusu qazıldıqdan sonra ağzı sementlənərək bağlanır. Vaxtıykən baş verən səhlənkarlıq, sementin keyfiyyətsiz, yaxud az olması nəticəsində illər sonra həmin quyudan sızmalar olur, təzyiq güclü olduqda isə yanğına çevrilə bilir. Ölən, yaralanan yoxdur".
***
Alov rayonlardan da müşahidə edilib
İyulun 4-də saat təxminən 21.50-də Xəzər dənizində partlayış olub. Alov və partlayış səsi Bakıda aydın eşidilib. Sosial şəbəkə istifadəçilərinin sözlərinə görə, Salyan, Lənkəran və digər bölgələrdən də alov görünüb. İlkin məlumata görə, hadisə "Ümid” qaz kondensat yatağı yaxınlığında baş verib.
Bakı sakinləri şəhər bulvarından alovu müşahidə ediblər. Dənizin üzərində helikopterlər görünür.
SOCAR partlayışla bağlı açıqlama yayıb:
“SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib, iş normal rejimdə davam edir. Ələt istəqamətində dənizdə müşahidə olunan partlayışla əlaqədar ilkin ehtimalımız palçıq vulkanının püskürməsidir”.
Ancaq SOCAR bu məlumatın dərcindən bir neçə dəqiqə sonra vulkan ehtimalı barədə qeydini çıxardıb.