Demokratiyanın başlıca silahı – “sosial şəbəkə” inqilabı

Ukraynada məhz sosial şəbəkələrin fəal iştirakı ilə Rusiyanın mövqelərinə ağır zərbələr endirildi

Source:


Ukraynada məhz sosial şəbəkələrin fəal iştirakı ilə Rusiyanın mövqelərinə ağır zərbələr endirildi

Hakimiyyət yenidən sosial şəbəkələri hədəf seçib. Ölkədə mətbuat tam susdurulub. Yeganə idarə olunmayan müstəvi sosial şəbəkələrdir və məhz bu probeli aradan qaldırmaq üçün iqtidar seçkilərə qədər “facebook”u və digər sosial şəbəkələri sıradan çıxarmaq arzusundadır.

Sosial media gücünü jurnalist Rasim Əliyevin qətli zamanı da sübuta yetirdi. İlk gündən bəlli idi ki, hakimiyyət bu qanı da batırmaq istəyir. Lakin qısa bir zamanda yüz minlərlə insan jurnalistin qətlinə etiraz məsələsində birləşə bildi. Bu isə iqtidar üçün xoş tendensiyadan xəbər vermirdi. Qarşıdan seçkilər gəlirdi və proseslərin gələcək inkişafı təhlükəli mahiyyət kəsb edə bilərdi.

Ümumiyyətlə, iqtidar sosial şəbəkələrin fəaliyyətindən qıcıq duyur. Bu da təsadüfi deyil. Belə ki, ABŞ “demokratik inqilablar”, “şəbəkə inqilabları” vasitəsilə öz hegemonluğunu bərpa etmək istəyir.  Sosial şəbəkələrdən imtina mümkün deyil.  Sosial medinanın mövcudluğu ən azından demokratiyanın imitasiyasına görə lazımdır. “Şəbəkə inqilabları” aralıq müddətə özü ilə bərabər xaos da gətirir. Lakin inqilabın gətirdiyi dağıntılar nə zamansa yoxa çıxır. Xarabalıqlar üzərində normal ölkə yaratmaq mümkün olur. Problemə daha dərindən yanaşsaq, onu vurğulaya bilərik ki, dağıntılara səbəb Qərbin “məxməri inqilab”larına qarşı heç bir resept mövcud deyil.

Belə ki, ABŞ ideoloqu Cinn Şarpın işlədiyi “şəbəkə texnologiyası” “yumşaq qüvvə” ilə hakimiyyətləri devirməyi nəzərdə tutur. Bu layihə əslində Rusiyanın geosiyasi mövqeyini darmadağın etməyə yönəlib. Bu layihənin əsas seqmentini ictimai rəydə iqtidarlar barəsində mənfi rəy formalaşdırmaq, son nəticədə Rusiya ilə sıx münasibətləri olan rejimləri istefaya göndərməyi təşkil edir.

2003-cü ildə Tiflisdən, 2004-cü ildə Kiyevdən Rusiyanın qovulması, demokratiya uğrunda mübarizədən daha çox Qərb-Rusiya qarşıdurmasının təzahürü idi. Ukrayna slavyan birliyinin ən əsas oyunçusu idi və amerikalılara bu zənciri dağıtmaq üçün “narıncı inqilab” vacib idi. Gürcüstan və Azərbaycanda möhkəmlənmək isə İrana strateji giriş əldə etmək, beləliklə, Hind okeanına və “isti dənizlərə” Rusiyanın çıxışını kəsmək, bununla da Moskvanın geosiyasi güc olmasına son qoymaq planına xidmət edir.

Rusiya isə bunun qarşısını almaq üçün Azərbaycanı ələ keçirmək, Gürcüstanda itirilmiş mövqelərini bərpa etmək arzusundadır. Moskva, ilk növbədə, Ukrayna üstünlüyə malik olmaq istəyir, odur ki, bu ölkənin bir hissəsini işğal edib. Rusiyaya Cənubi Qafqaz və İrana çıxışı əldə etmək son dərəcə vacibdir. Bu baxımdan, Rusiya bu bölgədə “məxməri inqilab”lar perspektivindən sığortalanmaq istəyir. Azərbaycanda sosial şəbəkələrin qadağan olunması çağırışlarının da məhz Kreml tərəfindən idarə edildiyini ehtimal etmək mümkündür.

Ukraynada məhz sosial şəbəkələrin fəal iştirakı ilə Rusiyanın mövqelərinə ağır zərbələr endirildi. Ukrayna gələcək inkişafını Avropa Birliyi və Qərblə əməkdaşlıqda gördü. Bir sözlə, Moskvanın hakimiyyət dəyişikliyi həyata keçirməsi son nəticədə özü üçün qazılmış tələ oldu. Elə bir bu amil kifayət edirdi ki, Kreml MDB məkanında hakimiyyət dəyişikliklərinə böyük çaba göstərməsin.

Lakin Kreml hərbi gücdən istifadə edərək, nüfuzu bərpa etmək niyyətindədir. Ukraynada baş verənlər də bu prosesin xəbərçisidir. Rusiya perspektiv planda bütövlükdə keçmiş SSRİ məkanında mövqelərini itirməkdədir və əlavə canfəşanlıq rusları daha da çətin duruma salır.

Bu baxımdan, Kreml artıq birmənalı özünə yaxın qüvvələrin iqtidarlara gətirilməsinə böyük cəhd göstərmir. Sadəcə olaraq, buna böyük pullar xərcləyən Qərbi vadar etmək istəyir ki, rotasiyalar zamanı Moskvanın da maraqları nəzərə alınsın.

MDB  məkanında Moskva üçün əsas məsələ ABŞ layihəsi olan “məxməri inqilab”ların qarşısını almaqdır.

Əgər Rusiyanın Azərbaycan və yaxud hansısa bir ölkədə hakimiyyət dəyişikliyi etmək planı olsa idi, bunun üçün Qərbin istifadə etdiyi “şəbəkə layihəsi”ndən daha sürətli olan “güc olan yerdə ağla ehtiyac yoxdur” texnologiyasından istifadə edilə bilərdi. Rusiya əmin olmaq istəyir ki, Qərbin Azərbaycanla bağlı “məxməri inqilab” planı mövcud deyil.

Vurğulamaq  lazım gəlir ki, Moskvanın istər kəşfiyyatı, istər elektoratı, istər ordu və təhlükəsizlik sistemlərinə çıxışı daha genişdir. Bütün bunların qaşısına Qərb yalnız sosial şəbəkələri çıxara bilər. Odur ki, Rusiya və avtoritar rejimlər “şəbəkə inqilabları”na qarşı tədbirlər görməyə başlayıblar…

Ana səhifəXəbərlərDemokratiyanın başlıca silahı – “sosial şəbəkə” inqilabı