Demokratiya Qərbin əsas tələbi kimi

Azərbaycan hakimiyyətinin manevrlər həlqəsi daralır

Source:


Azərbaycan hakimiyyətinin manevrlər həlqəsi daralır

Varşavada keçirilən NATO sammitində Azərbaycan prezidenti İlham Əliyevin iştirakı heç şübhəsiz Rusiyanın qıcığına səbəb olacaq.  Rəsmi Bakı Qərbi inandırmağa nail olub ki, Azərbaycan hakimiyyəti NATO ilə inteqrasiya yolunu seçib və ölkədə sabitliyin pozulması Kremlin maraqlarına cavab verərdi. Düzdür, bu gün Azərbaycanda sabitliyi qoruyub saxlamaq mümkün olur. Lakin diktaturalardan azad olan Yaxın Şərq ölkələri hələ də  xaosdan əzab çəkir. Belə təəssürat yaranır ki, diktatorlar sabitliyin zəmanətçisi idilər.Uzun illər ABŞ-ın himayə etdiyi Səddam Hüseyn, Müəmmar Qəzzafi, Hüsnü Mübarək və digərlərinin devrilməsi ilə bölgədəki sabitlik də yoxa çıxdı.

Bölgədə marginal və radikal dini qruplar antiamerika əhval-ruhiyyəsindən bəhrələnmək istədilər. Lakin daha dərin təhlillər onu göstərir ki, sabitliyin pozulmasının əsas səbəbi despotların hakimiyyətdən getməsi ilə bağlı deyil. Söhbət diktatorların sayəsində tam formalaşmayan demokratik institutların zəifliyindən də getmir.

Bu gün Yaxın Şərqdə baş verənlər Qərb siyasi dairələrində, diplomatiyasında və strategiyasında baş verən transformasiyalardan xəbər verir. Baş verənlər Zbiqnev Bzejinski, Cin Şarp, Stiven Manna məxsus olan “Xaos nəzəriyyəsi və strateji fikir” strategiyasının bariz nümunəsidir. Amerikalıların bu diplomatiyası ən müxtəlif vaxtlarda, ən müxtəlif ölkələrdə uğurla sınaqdan keçirilib və lazımı anda biri-birinə zidd olan siyasi qüvvələri birləşdirən amilə çevrilə bilib.

Bütün proseslər bölgədə stabilliyin pozulmasına, xalq etirazlarının önündə olan insanlara inamın azalmasına, kriminal elementlərin vətəndaşlar arasında panika yaratmasına, hərbi və digər çevrilişlər yolu ilə tez-tez təkrarlanan hakimiyyət dəyişikliyinə nail olmağa yönəlib. Digər tərəfdən, belə hadisələr vətəndaşlar arasında qorxu xofu yaratmaqla da sonuclanır.

Görünən budur ki, söhbət diktatorların yaratdığı sabitlikdən deyil, modern Qərb siyasətinin postmodern kursla əvəzlənməsindən gedir. Uzun müddətli vətəndaş qarşıdurması, hakimiyyət çevrilişlərindən bezən cəmiyyətin “marionet qüvvələrin” hakimiyyətə gəlməsini gözləməkdən başqa çarəsi qalmır. Toplumdan uzaq düşən hakimiyyətlərin mövcud olduğu ölkələrdə idarə olunan xaos Vaşinqtonun maraqlarının həyata keçirilməsinə xidmət edir.

Sadə insanlar belə bir sual üzərində baş sındırır: Nəyə görə diktatorların zamanında yaşayış həddi rifaha daha yaxın olur?

Uzun illər boyu Yaxın Şərq ölkələrində belə bir fikir formalaşdırılıb ki, “dahi öndər”, “dəmir əl” olmasa daxili çəkişmələr baş alıb gedər.

Diktatorlarən sabitliyi bölgə təbii sərvətlərin talan olunması, narkotika, silah və qadın alverinin hesabına əldə olunan gəlirlər hesabına həyata keçirilirdi. Bu “sərvətlərdən” ölkə əhalisi bəhrələnmirdi, sadə insana süfrənin artığı çatırdı. Bu diktatorların bazarıdır, onların “şəxsi mülkiyyətidir”.

İndi diktatorlar yıxılır. Lakin Yaxın Şərq demokratiyaya qovuşa bilmir. Yaxın Şərqdə az qala ümummilli bəlaya çevrilən tənbəllik və düşüncələrə hakim kəsilən mühafizəkarlıq normal cəmiyyət yaratmağa imkan vermir.

Yaxın Şərq ölkələrinin korrupsiyaya uğramış liderlərinin başı tək öz xalqlarını qarət etməyə qarışmayıb, onlar həm də bir-biriləri ilə çəkişməklə məşğuldurlar. Odur ki, bu bölgə həmişə “barıt çəlləyini” xatırladıb. Belə bir bölgədə demokratiyanın qələbəsi də rahat başa gəlmir.

Dünyada diktatorlar yıxılır. Nəticə daha acınacaqlı olur və  sabitlik pozulur. Xarabalıqlar üzərində demokratiya yaratmaq isə son dərəcə çətin olur.

Müşahidələr onu deməyə əsas verir ki, Azərbaycan ətrafında da halqa daralır. Vurğulayaq ki, son illər ərzində Azərbaycan hakimiyyətinə beynəlxalq qurumlar tərəfindən edilən təzyiqlər, nəinki heç bir müsbət nəticə vermir, əksinə, rəsmi Bakının öz siyasi rəqiblərinə qarşı daha sərt və amansız davranması ilə sonuclanır. Rəsmi Bakı anlayır ki, Azərbaycanın əlverişli geosiyasi məkanda yerləşməsi, zəngin enerjidaşıyıcılarına malik olması iqtidarın manevr imkanlarını genişləndirir.  Azərbaycan hakimiyyəti “beynəlxalq auksion”un getdiyini bildiyindən, “bazar şərtlərini” öz xeyrinə dəyişmək istəyir. Bir halda ki, əsas “alver predmeti” enerji daşıyıcılarıdır, deməli, insan haqları ilə bağlı tələblər nəzərdən belə keçirilməməlidir.

Digər tərəfdən, beynəlxalq təşkilatların tələbləri qarşısında geri çəkilmək, Azərbaycan iqtidarının zəifliyi barədə ictimai rəy formalaşdıra bilər ki, bu da rəsmi Bakı üçün “arzuolunmaz verdikt” kimi qiymətləndirilə bilər.

Belə idarəçilik müxalif düşüncənin özünü aradan qaldırır. Fikir plüralizmi olmayan cəmiyyətlərin isə gec-tez iflasa uğraması qaçılmaz olur. Sağdan, soldan siyasi rəqiblərdən “təmizlənmə” mübarizəni hakimiyyət dəhlizlərinə transfer etmiş olur.

Nəzərə alsaq ki, beynəlxalq qurumların hesabatlarında Azərbaycanda ayrı-ayrı maliyyə qruplaşmalarının əllərində silahların toplaşması fikri vurğulanır, belə idarəçiliyin nələrə gətirib çıxara biləcəyini proqnozlaşdıra bilərik. Təhlillərdən çıxan nəticələr isə son dərəcə bədbin proqnozlara əsas verir. Deyilənlərə onu da əlavə etmək olar ki, siyasi məhbus problemi, yalnız həmin şəxslərin azadlıqdan əsassız yerə məhrum edilmələri ilə sonuclanmır, eyni zamanda cəmiyyətin təhlükəsizliyini sual altında qoyur. Demokratik mübarizənin heç bir perspektiv vəd etmədiyini, hətta təhlükəli olduğunu düşünənlər, daha riskli addımlara üstünlük verə bilərlər. Bu isə cəmiyyətin iflasını sürətləndirə bilər.

Uzun illər boyu Yaxın Şərq ölkələrində belə bir fikir formalaşdırılıb ki, “dahi öndər”, “dəmir əl” olmasa daxili çəkişmələr baş alıb gedər. Deməli, “dahi öndər”in hakimiyyəti daimi olmalıdır.

Gəlin, bu “dahi öndər”lərin diktatorluq etdiyi ölkələrə nəzər yetirək. Bu ölkələrin hər birində istehsal tam dayanıb. Bölgə təbii sərvətlərin, narkotika, silah və qadın alverinin hesabına yaşayır. Yox, bu “sərvətlərdən” ölkə əhalisi bəhrələnmir. Bu, diktatorların bazarıdır, onların “şəxsi mülkiyyətidir”. “Millət ata”larının ən yaxın adamları Avropa fahişəxanalarını yeniyetmə ərəb xanımları ilə təmin edirlər. Budur diktatorların əsil siması. Bu despotlara qarşı çıxmağa isə Yaxın Şərqdə az qala ümummilli bəlaya çevrilən tənbəllik və düşüncələrə hakim kəsilən mühafizəkarlıq imkan vermir. Cəmiyyətin inkişafının tam qarşısını alan belə meyllərin islam dininə bir aidiyyəti yoxdur. Hətta birmənalı “ərəb layihəsi” belə deyil. Bu, hər cür təşəbbüsdən məhrum edilmiş cəmiyyətin simasıdır. Uzun müddət bu diktatorları bəsləməklə ABŞ məhz “islam bu qədər anti-insanidir” fikrinin düşüncələrə hakim olmasına çalışıb.

Yaxın Şərq ölkələrinin korrupsiyaya uğramış liderlərinin başı tək öz xalqlarını qarət etməyə qarışmayıb, onlar həm də bir-biriləri ilə çəkişməklə məşğuldurlar. Odur ki, bu bölgə həmişə “barıt çəlləyini” xatırladıb.

Göründüyü kimi, sivil ideologiyaya söykənməyən siyasi xadimlərin sonu acınacaqlı olur. Bunu indi həyatda yaşayan diktatorlar da dərk etməlidirlər. Diktatorlar ayrı-ayrı ölkələrdə yaşasalar da, ayrı – ayrı ənənələri daşısalar da, onların hamısı bir-birilərinə bənzəyir. Demokratiyanın vətəni olmadığı kimi, diktatorların da vətəni olmur. Onları ancaq qaniçən və insanlığa nifrətlə dolu olan əməllərindən tanımaq olar. Dünyanın hər yerində insanlar ölkələrini illərdir dəmir yumruqla idarə edən diktatorların devrilməsinə sevinir. Ümumbəşəri dəyərləri məhdudlaşdıran, onları hər addım başı pozan liderlər yalnız öz ölkələrində deyil, dünyanın dörd bir yanında bir adla tanınır-TİRAN.

Təbii, həyatda olan tiranları da digər despotların taleyi gözləyir. Bütün bunlar demokratiyanı alternativsiz edir. Dünyada bir dəyər var – ya demokratik inkişafa nail olursan, ya da ölkə ilə yanaşı öz siyasi karyeranı da bitirirsən…

Ana səhifəXəbərlərDemokratiya Qərbin əsas tələbi kimi