Demokratik keçid etmək istəyənlər üçün İstifadəçi Qaydası

Demokratik keçid etmək istəyənlər üçün İstifadəçi Qaydası
İslahatçıları yönləndirmək üçün

ISOBEL COLEMAN və TERRA LAWSON-REMER

Source:
Demokratiya
Demokratiya


Meydan TV yeni “Demokratiya” layihəsinə başlayır. Bu layihənin başlama səbəbi iki amillə bağlıdır: Birincisi, Azərbaycanın informasiya məkanında, geniş mənada, demokratiya ilə bağlı akademik mətnlərin və ya tərcümlərin ciddi yoxsulluğu yaşanır. Digər bir səbəb isə demokratiyanın Azərbaycanda sistemli böhran yaşaması və insanların demokratiya ilə bağlı dünyada danışılan, müzakirə edilən problemlərdən, üzləşdiyi çətinliklərdən az məlumatlı olmasıdır.


Yeni layihə ictimai ehtiyacın diqtəsi ilə bir-birinə sıx bağlı olan bu iki ciddi problemi aradan qaldırmaq və boşluğu qismən doldurmaq niyyətindədir.



Amma bu işdə, yəni demokratiya adına könüllülük edəcək insanlara ehtiyacımız var. Akademik mətnləri tərcümə edəcək bacarığa sahib olan insanlardan xahiş edirik ki, bizimlə əlaqə saxlasınlar: demokratiya[at]meydan.tv

İslahatçıları yönləndirmək üçün

ISOBEL COLEMAN və TERRA LAWSON-REMER

Gəlin bunu qəbul edək: Demokratiya indi çətin sınaqdan keçir. Berlin Divarının yıxılmasından başlayan bu proses, “rəngli inqlablar” ilə özünün pik həddinə çatdı. Amma Şərqi Avropa, Afrika və Latın Amerikasında demokratiyanın əldə etdiyi uğurlar indi idarəçiliyin ağır yükü altında əzilməkdədir. ABŞ-ın Əfqanıstan və İraqda demokratiyanı tətbiq etmək istəyi də kömək etmədi. Bir zamanlar demokratik olacağı gözlənilən ölkələr, hazırda kənar qüvvələrin təsiri ilə siyasi çalxalanmaların qurbanına çevrilib, işsizlik və yoxsulluq kimi problemlərin məngənəsində sıxılır. Dalana dirənmiş Qərb demokratiyalarının əksinə olaraq, avtoritar Çinin yüksəlişi, demokratiyanın gedilməli olan ən yaxşı yol olub-olmadığı sualını ağla gətirir.

Bir çoxu (əsasən çinlilər) avtoritar idarəçiliyin nəzarəti altında varlanmağa və stabillik əldə etməyə nail olsa da, biz demokratik idarəçiliyin – Çörçili parafraz etsək – idarəçiliklər arasında ən az pis olanı, olduğu fikrinə inanmağa davam edirik. Nə yaxşı ki, demokratiyanın azadlıq və intibah üçün ən yaxşı idarəçilik forması olduğunu təsdiq edən çoxsaylı statistik təhlilər var. Son 50 ildə iqtisadçılar avtoritar və demokratik idarəçilikdən hansının daha çox iqtisadi rifah gətirməsi ilə bağlı mübahisə edir.  Demokratiya və ya avtoritarizim: “hansı inkişaf üçün daha yaxşı yoldur” sualına, son araşdırmalar demokratiya deyə cavabı verir.

Amma həqiqətin ən ağrılı tərəfi budur ki, avtoritarizmdən demokratiyaya keçid son dərəcə çətindir. Pis xəbər odur ki, Misir, Tunis və Miyanmar demokratiya üçün hələ çox uzun yol qət etməlidirlər.

Son kitabımızda, “Azadlığa gedən yol: Demokratik Keçiddən Çıxarılan İqtisadi və Siyasi Dərslər”, demokratik keçid yaşayan səkkiz ölkənin, Polşa, Ukranya, Tayland, Brazilya, Meksika, Nigeriya və Cənubi Afrika Respublikasının təcrübəsini müqayisəli təhlil etdik. Kontekstlər açıq-aşkar fərqli olsa da, onlardan bəzi dərslər çıxarda bilərik. Aşağıda yeddi əsas “dərsləri” sadaladıq. Ümid edirik ki, keçidlə üzləşən dövlətlər başqalarının yaşadığı çətinliklərdən dərs alaraq, daha inklüziv iqtisadi böyümə və möhkəm əsaslı demokratiya qurmaq üçün çalışacaqlar.



1. İqtisadi böhranın yaratdığı imkandan yararlanmağa çalış

Bir çox ekspertlər inanırdı ki, iqtisadi inkişaf qaçılmaz olaraq demokratiyaya aparıb çıxardır. Dünyada varlı olan ölkələrin əksəriyyəti demokratik olsa da, bəziləri – məsələn, Çin və Səudiyə Ərəbistanı – siyasi azadlıq olmadan da, iqtisadi çiçəklənmə yaşayıb. Doğurdan da, təhlilər göstərir ki, rejimlərin dəyişməsinə ən təkan verən iqtisadi inkişaf yox, iqtisadi böhrandır. Son otuz il ərzində, bir çox demokratik keçid ciddi iqtisadi şoklar yaşamış avtoritar rejimlərin laxlamasından sonra baş tutub.

Hazırki İndoneziya, iqtisadi böhrandan sonra indiki şəkilini alıb. Onun demokratiyaya uğurlu keçidi məhz 1997-ci ildə baş verən “Asiya maliyyə böhranı” ilə sıx bağlı olub. Bu böhran İndoneziyada ciddi iqtisadi və siyasi islahatlara təkan verib. 1980-ci ildə Brazilyada yaşanan böhran hərbi hakimiyyətdən demokratik idarəçiliyə keçid üçün təkan oldu. 1982-ci ildə borc böhranı yaşayan Meksika da, oxşar prosesdən keçdi. Orta Şərqdə yaşanan inqlablar dalğası da, daha çox ərzaq qiymətlərinin baha olması və gənclərin işsizliyi səbəbindən baş verdi.

İqtisadi şoklar hesabına avtoritar rejimləri laxlatmaq istəyi amma bəzən, tərsinə işləyə bilər. Belə ki, İran və Şimali Koreya xarici basqılardan sonra daha da öz içinə qapanmış şəkildə yaşayır. Neft gəlirlərinin düşməsi də, neft istehsal edən ölkələrdə ciddi böhranlar yarada bilər. İqtisadi böhranlar Səudiyə Ərəbistanı və Rusiya kimi neft divlərində daxili böhranlara və keçidə səbəb ola bilər.

İqtisadi böhran
İqtisadi böhran

Burada əsas diqqət, iqtisadi böhranın “status-quo”-nu pozub, ciddi fundamental dəyişiklik yarada biləcəyi imkanına verilməlidir. Bu imkanı öncədən görməli olan siyasətçilər, orta təbəqənin inkişaf etdirilməsi üçün startegiya hazırlamalıdırlar. Böhran bir dəfə vurduqdan sonra demokratiya yeriməyə başlayır. Güclü orta təbəqə avtoritarizmə yenidən yuvarlanmamaq üçün çox önəmli dayaq rolunu oynayacaq.


2. Seçkilərlə bağlı, “orijinalın düzəldənə kimi, saxtasını düzəltməyə davam et”

Bizim apardığımız araşdırmalardan tam aydın oldu ki, seçkilər – hətta əldəqayırma olanlar belə – əhəmiyyətli demokratik idarəçiliyə keçiddə ciddi rol oynayır. Beynəlxalq müşahidəçilər, adətən, saxtalaşdırımış seçkiləri, avtoritar rejimlərin dünyanın gözündən pərdə asmaq üçün keçirdiyi üçün onu mənasız sayırlar. Amma seçkilər özündə, zəif də olsa, xalqın gözləntilərin daşıdığından zaman keçdikcə demokratik tələblərə çevrilə bilər. Bu zaman isə hakimiyyət xalqın istəyini rədd etməkdə çox çətinlik çəkəcək.

Meksika, nəzarətdə olan seçkilərin qəfildən gözlənilməz nəticələr verdiyi ilə bağlı əla misal ola bilər. 1970-ci ildə hakimi partiya olan İnstitusional İnqlabçı Partiyası seçki sistemini o şəklə salmışdı ki, müxalifətdə olanlar öz namizədini seçkilərə təqdim edə bilməmişdi. Bu səbəbdən hökümət, seçki qanunvericiliyində dəyişiklik edərək müxalifətin bir neçə yerə sahib ola bilməsi üçün şərait yaradır. 1980-ci il gəldikdə, ölkə dərin iqtisadi böhranla üzləşir və 70-ci ildə hökümətin yaratdığı imkandan faydalanan müxalif siyasi partiyalar vətəndaş cəmiyyəti ilə birgə, daha azad və ədalətli seçkilərin keçirilməsi üçün uğurlu kampaniya təşkil edir. Meksika höküməti isə keçirilmiş seçkilərin nəticələri ilə razılaşmalı olur.

Eyni ilə Brazilyada da, hərbi rejim inanırdı ki, müxalifəti tam nəzarətdə saxlaya biləcək. Amma 1980-ci ildə dərin qitisadi böhranın məngənəsinə düşən Braziliyada insanların narazılığı artan xətlə davam edirdi, bu isə sonda hökumətin siyasi proseslər üzərində nəzarəti itirməsi ilə nəticələndi. Siyasi arenada yerini geri qazanmış müxalifət, 1982-ci ildə böyük bir sürpriz yaşadaraq Konqres və rəhbər orqanlara keçirilmiş seçkilərdə qalib gəldilər. Əvvələr “saxtalaşdırımış” seçkilər, 1986-cı ildə keçirilmiş prezident seçkilərində hərbi rejimin məğlub olması üçün bir növ zəmin hazırladı.

Digər çoxsaylı araşdırmalar göstərir ki, yarı-açıq siyasi sistemə sahib olan avtoritar hakimiyyətlərin demokratik olmaq imkanı daha böyükdür. Xüsusən əgər onlar çoxpartiyalı seçkilərə imkan verirsə, bu proses dah sürətli olur.

Nəticə: Davame et, seçkini dəstəklə, hətta o mükəmməl olmasa da.


3.Hərbi çevrilişlərdən yan qaç, amma qeyri-zorakılığı və kütləvi mobilləşməyə arxa çıx.

Hərbi çevrişlər hakimiyyəti devirsə də, demokratik idarəçiliyə gətirib çıxarmır. Tarix, uğursuz hərbi çevrişlər, “coups d’états”-lar və zorakı inqilablar ilə doludur, amma onlar bir diktatoru digəri ilə əvəzləməklə nəticələndi. Qeyri-zorakı kütləvi mobilləşmə isə əksinə demokratik keçidlər üçün ciddi zəminlər hazırladı. Qeyri-zorakılıq tərəfdarları olan Mohandas Qandi (Mohandas Gandhi) və Martin Lüter Kinq (Martin Luther King) uzun müddət bundan əvvəl elan edirdilər ki, davamlı qeyri-zorakı etirazlar vətəndaşları daha çox özünə cəlb edir, daha yaxşı-qurulmuş vətəndaş cəmiyyətinə – demokratiyaya keçiddə qarşılaşılan çətinliklərin öhdəsindən gəlmək üçün çox vacib rol oynayırlar – aparıb çıxardır. Misallara diqqət edin:

Polşanın “Solidarnost” – sosial-siyasi hərəkat, əhalinin üçdə biri onun üzvü idi – ilə yaşadığı təcrübə, dinc hərəkatın demokratiyaya keçitdə necə ciddi rol oynayacağına yaxşı misaldır.

Tam dinc sayılmasa da, Cənubi Afrikada aparteid rejimi ilə onillərdir mübarizə aparmış liberal hərəkatın sonda uğur qazanması və möhkəm vətəndaş cəmiyyəti formalaşdırması diqqətəlayiqdir.

İndoneziyada da dəyişiklik məhz çoxsaylı vətəndaşın prosesə qoşulmasından sonra mümkün oldu. 1997-98-ci illərdə ölkədə çoxsaylı mitinqlər keçirildi və sonda 1999-cu ildə vətəndaşlar İndoneziyanın demokratikləşmə prosesinə keçidini seçkilər ilə təmin etdilər.

Bunun əksinə olaraq, 2004-cü ildə Ukraynada Narıncı İnqilabı edənlər etirazlarını dinc formada etsə də, Kiyevin küçələrinə toplaşmış kütlə dərinlikdən və cəmiyyəti tam əhatə etmədiyi üçün uğusuzluğa düçar oldu.

Oxşar şəkildə, Nigeriyada keçidin uğursuz olması hərəkatın kütləvi olmamasında idi.

Bəzi ölkələr, Namibiya və El Salvador da isə hərəkat, ilk olaraq zorakılıq üzərində başlasa da, daha sonra dinc müstəviyə keçdi və demokratiyaya keçid baş tutdu. Bir çox diktator isə həddən artıq totalitar olduqlarından, onların devrilməsi yalnız zorakılıq ilə mümkün olur: Muammar al-Qaddafi, məsələn, öz insanları ilə sonuna kimi savaşmağı seçdi. Qəddafi hərbiləşmiş birləşmələr tərəfindən devrildi. Demokratiyaya keçidin baş tutmamasında əsas problem onun zorakı olması və doğurduğu qanunsuzluqlar böyük rol oynadı.

Bunları yazmaqda məqsədimiz, siyasətlə məşğul olan siyasətçilərin zorakılığa hamilə olmuş ölkələri siyahılarından silmək üçün deyil. Sadəcə, biz onları hərbi inqlablar ilə ehtiyatlı olmağa səsləyir və elitlərin şirin təkliflərinə aldanıb daha etibarlı xalq hərəkatından üz döndərməmələrinin vacibliyini izah edir. Bu dəstək hansı forma ala bilər? Beynəlxalq ictimaiyyət yerli vətəndaş cəmiyyətini müxtəlif mübadilə proqramları ilə dəstəkləməli, yerli təşkilatlara ciddi yardım etməlidir. Keçid demokratiyasının uğurlu olması üçün azad mediaya da dəstək çox vacibdir. Bunlar, ümumilikdə az xərcli, amma yüksək gəlirli sərmayələrdir.


4. İnkluziv inkişafı təmin et

Siyasi azadlıqlar insanların iqtisadi və sosial imkanlarının yaxşılaşacağına ümid yaradır. Yeni yaranan demokratik ölkələrin uğurlu olması, ciddi şəkildə demokratikləşmənin insanların yaşayış standartını artırmasından asılıdır. İnsanlar öz sosial vəziyyətlərinin düzəlməsini görürlərsə, o zaman bu işdə əməyi olan siyasətçiləri daha çox dəstəkləyir və beləliklə, bu siyasətin arxasında durmaqla demokratiyanın daha da möhkəmlənməsinə kömək edirlər. Amma əgər işsizlik kəskin artırsa, varlı və kasıblar arasında sosial bərabərsizlik ciddi fərqlənirsə, cəmiyyətin böyük bir qismi üçün müsbət heç bir dəyişiklik baş vermirsə, o zaman avtoritarizmə meylin artması imkanı daha da artır.

Braziliyanın demokratiyaya keçidini möhkəmlədən, həm də sosial olaraq inkluziv inkişafla bağlı idi. İnsanların hamısı iqtisadi böyümədən fayda götürməyə başlamışdı. 1990-cı ilin başlanıcığından, 2000-ci illərə kimi prezident olan Kardozo və Lula da Sulva anti-infilasiya, anti-monopolya islahatları çərçivəsində yeni istedadlı insanların aşkara çıxarılması üçün ciddi yatırımlar etdilər. Eyni anda, bu prezidentlər əhalinin kasıb və orta təbəqəsi üçün xərcləri artırdılar. Kasıbların rifah halını yaxşılaşdırmaq üçün Braziliya iki vacib strategiyadan istifadə etdi: Birincisi, onlar ən ciddi ehtiyac içində olanlara şərtləndirilmiş nağd pul ödəmələri etdilər. Burada şərt o idi ki, həmin adamlar uşaqlarını məktəbə göndərməlidir. İkincisi isə onlar qaralar və daha pis durumda olan digər qrupları əhatə edən sosial-iqtisadi proqramı icra etdilər. Bu proqram çərçivəsində cəmiyyətin daha alt qrupunda olan insanlar sağlamlıq, təhsil və əmək hüququndan faydalanmağa başladılar.

Meksika da, geniş vətəndaş kütlələrinə imkanlar yaradan uğurlu iqtisadi siyasət nəticəsində demokratiyanı gücləndirdilər. Kasıblara verlən şərtli maliyyə yardımları uşaqların sağlam böyüməsi və məktəbə getməsini təmin etdi. Hazırda bu proqram ölkə əhalisinin üçdə birini əhatə etməkdədir. Əvvəlki hökumətlər bu istiqamətdə heç bir addım atmamışdı. Əhalinin ən kasıb hissəsi iqtisadi imkanlardan faydalana bilmirdi, amma bu yeni siyasət əhalinin siyasi iştirakçılığını genişləndirdi.

Gəlinən nəticə budur ki, maddi gözləntiləri qarşılamayan demokratiyaların “güclü əl hakimiyyəti”-nə yuvarlanması qaçınılmazdır.

Əlacsızlar və imkansızların xeyrinə varlılara qarşı siyasət aparılacağını söz verdikdə, bu siyasət insanlar üçün cəlbedici forma alır. 1997-ci il Asiya maliyə böhranından sonra perespektivli olacağı gözlənilən Tailandakı demokratiya insanlar tərəfindən diskriminativ, yalnız xarici investorlar və yerli varlı eltianın maraqlarını yerli əhalinin maddi maraqları hesabına təmin edən idarəçilik kimi qəbul edildi. Bu geniş yayılmış nifrət toxumu sonda, populist Takasin Shinavatra (ing:Thaksin Shinawatra) hakimiyyətini bərqarar etdi. Thaksin Shinavatra hakimiyyətə gəldikdə, adi taylandlıların maraqlarını təmin edəcəyinə söz vermişdi. Amma o hakimiyyətə gəldikdə, seçki avtoritarimizi formalaşdırdı, bu isə sonda hərbi çevrliş və çoxsaylı qanlı toqquşmalarla müşahidə olundu.

Cənubi Afrika da – aparteid rejimindən keçən iki onillik sonra – əgər narazlığın və mümkün çaxnaşmaların qarşısını almaq istəyirsə, o zaman əhalinin kasıb qrupunun vəziyyətini yaxşılaşdıran siyasət aparmalıdır. Cənubi Afrika əhalisi inqlabdan sonra sosial-iqtisadi vəziyyətlərinin düzələcəyinə böyük ümidlər bəsləyirdilər, amma hələ ki, onların bu gözləntisi qarşılanmır. İnsanların əksəriyyəti kasıb və qeyri-bərabər yaşamaqda davam edir. Bu gün, əhalinin qaralardan ibarət olan kəsiminin gəlirləri ümumi gəlirin 13 faizini təşkil edir ki, bu rəqəm iyirmi il bundan əvvəl baş vermiş inqilab dövründən çox az fərqlənir.

İnkuliziv inkişaf və ciddi makro-iqtisadi stabilliyə nail olmaq yeni demokratik lider üçün son dərəcə çətin tapşırıqdır. Gözləntilər çox böyükdür, insanlar isə səbirsiz. İnsanların sosial-iqtisadi vəziyyətini yaxşılaşdıran islahatlar etmək və eyni anda davamsız və qeyri-stabil iqtisadi vəziyyətə yuvarlanmamaq çox əhəmiyyətlidir. İstənilən ölkə ilə bağlı hər hansısa siyasi kursun seçilməsi, həmin ölkənin spesifik konteksti ilə müəyyən olunur. Məsələn, Polşada hər hansısa uğurlu islahat, Nigeriyada uğursuz ola bilər. Amma ümumi xeyir gətirəcək siyasətlə bağlı nümunlərə baxmaqda fayda var:

Sosial müdafiəni gücləndirmək və ya onu yenidən qurmaq, yalnız əhalinin kasıb kəsimin rifahını artırmır, eləcə də yeni hökumətə dəstək üçün sosial baza yaradır.

Kiçik xüsusi sosial qrup tərəfindən monopoliyaya alınmış gəlirlərin yenidən bölüşdürlüməsi uğurlu nəticə hesab edilə bilər. Bu mənada, qeyri-effektiv və siyasi olaraq icrası çox çətin olan subsidiyaların, məsələn, enerji ilə bağlı dayandırılması misal çəkilə bilər. Bilindiyi kimi, subsidiyalar dövlət büdcəsinə ağır zərbə vurur və investisiya təşəbbüslərini boğaraq iqtisadi inkişafa mane olur. Bu kimi subsidiyalar qiymət artımından ən çox əziyyət çəkən kasıb əhaliyə nağd formada verilə bilər.

Bu kimi nağd ödənişlər, kasıbçılıqdan əziyyət çəkən əhalinin maddi rifahını düzəltməklə, təhsil və sağlamlıq ilə bağlı investisiyaları stimullaşdırmasında mühüm rol oynaya və eləcə də, indiki iqtisadi çətinliklərin yükünü azaltmaqla, gələcəkdə yaranacaq insan resursunun artmasına dətək ola bilər.

Beynəlxalq oyunçuların mühüm bir rolu vardır. Onlar yerli islahatçıların iqtisadi islahatlarına müxtlif qrantlar, kreditlər və borcların silinməsi ilə dəsətək ola bilərlər. Xaricdən alınan strateji əsaslı iqtisadi köməklik yerli hökumətin maliyyə siyasətini möhkəmləndirər və yeni sosial-demokratik ictimai müqavilənin formalaşmasına zəmin hazırlaya bilər.


5. Qanunun aliliyini İki dəfə gücləndirmək.

Mən yeni hökumətə güvənməliyəm, ya yox? Bu yeni demokratiyaya keçid etmiş ölkənin vətəndaşının verdiyi sualdır. Bu suala cavab vermək üçün yeni demokratiya öz vətəndaşına göstərməlidir ki, o vətəndaşın ən vacib insan hüquqlarını qoruyur və eləcə də, ədalətli iqtisadi-siyasi qaydalar müəyyən edir. Bu raket haqqında elm deyil: Əgər insanlar görürlərsə ki, hüquq sistemi və ictimai təsisatlar onların əleyhinə yox, xeyri üçün çalışır, o zaman insanlar sistemə inanmağa başlayır. Bu inanc, insanların keçid dövrünün özü ilə gətirdiyi çalxalanmalara dözümlü yanaşmasına səbəb olur. Təsirli, şəffaf və öncəgörülməsi mümkün olan hüquq sistemi daxilən ciddi əlaqələri olan qrupların, xalqa məxsus olan əmlakı bağlı qapılar araxasında sövdələşərək, talamasının qarşısını almaqda kömək edir.

Polşa və Ukranyanın təcrübələrini müqayisə edək. Polşa hazırda, repressiv dövlət modelindən çıxıb inkluziv demokratiya və bazar iqtisadiyyatı yarada bilmiş bir dövlət kimi qarşımızda durur. Onun uğurlarının bir qismi struktural iqtisadi islahatlarla bağlıdır. Belə ki, dövlət əmlakını özəlləşdirmədən öncə, polşalı islahatçılar elə bir hüquq sistemi yaratdılar ki, özəlləşdirmə prosesinə getməzədən öncə korrupsiya faktını minumuma endirə bilsinlər. Bunun əksinə olaraq, Ukraynada heç bir ədalətli hüquq sistemi yarada bilmədilər. Onun əvəzində tamamilə qeyri-obyektiv bir sistem formalaşdırdılar. Qanun qarşısında bərabərlik, qanunların icrasının nəticələrinin öncədən görülməsi prinsipi və ya şəffaflıq üçün lazımlı mexanizmlərin yaradılmaması sonda Ukraynada 1990-cı ildə keçirilmiş özəlləşdirmənin bir qrup oliqarxı ortaya çıxartması ilə nəticələndi.

Mübahisəyə açıq olsa da, deyə bilərik ki, indiki keçid yaşayan ölkələrin, məsələn, Liviya və ya Bruma, edə biləcəyi ən yaxşı islahat hüququn aliliyini ciddi şəkildə təmin edəcək islahatlar olar. Dövlət əmlakının özəlləşdirilməsi üçün şəffaf aksionun yaradılması çox vacibdir. Eləcə də vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatlarının fəaliyyətini məhdudlaşdıran qanunvericiliyin ləğv edilməsi və ya yenidən işlənməsi vacibdir (Buna görə ki, Misirin hazırkı  yeni və daha repressiv QHT qanunu, narahatlıq doğurur). Məhkəmə, parlament və vətəndaş cəmiyyətinin gücləndirilməsi qanunların icrası ilə bağlı islahatların uğurlu aparılması üçün çox vacibdir. Düzdür, bu çox zaman aparır, amma bu investisiyalar çox əhəmiyyətlidir. Yaxşı xəbər budur ki, informasiya texnologiyalarının inkişafı vətəndaşların daha məlumatlı olmasına səbəb olduğundan, hazırda vətəndaşlar öz ölkələrində korrupsiya və ya qanun pozuntuları ilə bağlı mübarizə aparmaq üçün daha böyük imkanlara sahibdirlər. Vətəndaşlar sosial-iqtisadi statistikalar, dövlət xərcləmələri ilə bağlı məlumatlara çıxış əldə edə bildiyindən, vəzifəli şəxslərin gəlirləri ilə bağlı da məlumatlar əldə edir və beləliklə, bu istiqamətdə qanunların gücləndirilməsi üçün hökumətlərinə təzyiq edə bilir.


6. Gücü paylaşın

Mərkəzi gücün yerli özünüidarəyə sahib regionlar arasında paylamaq ciddi fayda gətirir. Bu avtoritar rejimlərdən sonra qalan güclü mərkəzi hakimiyyətin zəiflədilməsi üçün mühümdür. Bundan əlavə, gücün bu şəkildə paylaşımı dövlət qrumlarını insanlar qarşısında daha da məsuliyytəli edir, onları xalqa daha da yaxınlaşdırır.

İndoneziyanın demokratiyası mərkəzi hakimiyyətin yerli hakimiyyətlər arasında paylaşılmasından fayda götürdü. Mərkəzsizləşdirmə (Desentralizasiya) İndoneziyanın geniş və fərqli arxipelaq coğrafiyasına çox uyğun gəlməsinə baxmayaraq, uzun illər idi ki, Cakarta mərkəzli elita mərkəzi hakimiyyəti əldən verməmək üçün dəridən-qabıqdan çıxırdı. Amma 1990-cı illərin sonu, 2000-ci illərin əvvəlində yaşanan siyasi və iqtisadi çalxalanmalar, milli birliyi saxlamaq, separatizmə son qoymaq üçün hakimiyyətin yerli regionlar arasında bölüşdürülməsinin vacibliyi fikri ilə barışdırdı. Bu dəyişiklik aşkar bir xeyir gətirdi: regional və yerli hökumətlər gücləndikcə, separatist istəklər də azalmağa başladı. Yerli və regional rəqabətlilik artır, investisiyalar mühiti genişlənir və büdcə şəffaflığı da artırdı.

Gücün yerli hökumətlər arasında bölüşdürülməsi Polşa misalında da, ciddi uğur qazandı. Polşanın mərkəzi komunist hökuməti, iqtisadi və siyasi olaraq iflasa uğradıqdan sonra, onlardan sonra gələn erkən islahatçılar yerli-özünüidarəçiliyi gücləndirmək üçün tədbirlər gördülər. 1990-cı illərin sonuna yaxın, Polşa büdcəsi üzərində nəzarətin yarısı yerli icmalara verilmişdi.

Mərkəzsizləşdirmə, əlbəttə ki, unversal dərman deyil. Bu, təsirli yerli özünü idarəçilik strukturları tələb edir. Çünki mərkəzləşmə vurğunu olan fiqurlar, ölkənin stabilliyi üçün ciddi təhlükə yarada bilərlər. Bundan əlavə, bu kimi islahat kor bir separatizmə də gətirib çıxarda bilər. Bu səbəbdən, keçid ölkələri mərkəzsizləşdirmə siyasətində çox diqqətli olmalıdırlar. Bu proses elə baş verməlidir ki, demokratiya bundan zərər yox, fayda götürsün. Məsələn, Liviya, Mali və Bruma kimi ölkələr, ciddi narazı əhali ilə üzbəüzdür. Məhz bu səbəbdən hökumətlər üçün regionların ehtiyaclarını qarşılamaq əsas qayə olmalıdır. Xarici dövlətlər, çoxşaxəli təşkilatlar, QHT-lər və digər oyunçular, demokratiyanı gücləndirmək üçün mərkəzsizləşdirmə siyasətinə texniki köməklik etməli, yerli-özünüidarəçilik orqanlarının bacarıq və qabiliyyətlərini artırmaq üçün icma əsaslı təşəbbüslərə dəstək olmalıdır.


7. Pis qonşuların qarşısını almaq üçün çiynini yaxşı qonşulara söykə

Yaxşı qonşular, zərif demokratiyaların uğur qazanması üçün çox ciddi rola sahibdirlər. Ağrı zamanlarda vacib iqtisadi, texniki köməklik göstərər və konstruktiv siyasi təyziq yolu ilə demokratiyanın daha da güclənməsinə dəstək olarlar. Bunun əksinə, pis qonşular, keçidin uğursuzluğa düçar olması üçün güc oyunu, korrupsiyadan istifadə edərək ziyan vurarlar. Qonşuluq bölüşülən sərhədlər olsa da, yalnız coğrafi bir anlayış deyil. Qonşuluq, həm iqtisadi birliklər – məsələn, Avropa Birliyi, həm siyasi-hərbi birliklər – məsələn, NATO və həm də mədəni birliklər ola bilər. Qonşular, onunla eyni maraq və taleləri yaşayan ölkələrin keçdiyi yola ciddi təsir edir.

Polşa, İndoneziya və Meksikada qonşular pozitiv bir rol oynayaraq yerli islahatçıların islahatlarının uğur qazanması üçün və həm də uğursuzluğa düşməməkləri üçün isə dəstək oldular. Amma, məsələn, Ukraynada, Rusiyada son dərəcə dağıdıcı rol oynayaraq, enerji sektorunda korrupsiyanın və ümumilikdə isə kölgə iqtisadiyyatının yaranmasına ciddi dəstək oldu.

Yaxşı qonşuların əhəmiyyətini nəzərə alsaq, o zaman xarici dövlətlər, beynəlxalq və regional təşkilatlar pis qonşuların təsirini zərərsizləşdirmək üçün ciddi cəhdlə çalışmalıdırlar. Beynəlxalq inkişaf bankları bu işdə ciddi rol oynamaq imkanına sahibdirlər. Onların oturuşmuş münasibətlər sistemi, böyük kapitala sahib olmaları, ekspert qrupu yerli islahatçılara dəstək olmaqla, iqtisadiyyatın yenidən qurulması və inkluziv inkişaf üçün səfərbər olmalıdır. Sovetlər Birliyi dağıldıqdan sonra Polşa və digər Şərqi Avropa ölkələrinin keçidini uğurlu olmasında mühüm rol alan Avropa Biliyi kimi, hazıda regional təşkilatlar olan Qərbi Afrika İqtisadi Birliyi və ya Cənubi-Şərqi Asiya Millətlər İttifaqı demokratik keçid yaşayan öz regionundakı ölkələrə əsaslı kömək edə bilər.

İqtisadi və siyasi “qonşular” demokratiyanın qurulmasında yerli islahatçılar dəstək olmaq üçün iki ciddi alətə sahibdir: texniki dəstək və şərtli dəstək. Yaxşı qonşular texniki kömək edə, dövlət bürokratik aparatının bacarıqlarının inkişafı üçün ekspert dəstəyi verə, məhkəmə, vətəndaş cəmiyyətini və digər qurumların inkişafı üçün əvəsiz rol oynaya bilərlər.

* * *

Əlbəttə, repressiv dövlətdən açıq və ədalətli cəmiyyətin yaşadığı dövlətlərə keçid çox ağır prosesdir və bu problemi aradan qaldırmaq üçün təktərəfli və biryönlü həll yolu yoxdur. Tarix, millətlərin taleyini yalnız “qaydalar kitabı”nını izləyərək müəyyə etməyə çalışan axmaqlarla doludur. Amma yenə də bizim sadaladığımız qaydalar demokratiyanın möhkəmlənməsi yolunda dəyərli vəsitə ola bilər.

18 İyul 2013 –

Foreignpolicy.com

Ana səhifəMənim FikrimcəDemokratik keçid etmək istəyənlər üçün İstifadəçi Qaydası