Dəmiryolçu aclıq aksiyasına başladı (VIDEO)

16 ildir  dəmiryol idarəsində çalışan Fərhad Süleymanov 12 noyabrda əmək haqqının aləsini dolandırmağa yetmədiyi üçün aclıq aksiyasına başlayıb.


Fərhad Səlimov deyir ki, aclıq aksiyasına başlamasına səbəb idarədəki özbaşınalıqlardır. Bələdçi deyir ki, aylardır müraciət etsə də, Əlirza Süleymanovla görüşə bilməyib.


“200-250 manat maaşla bizi və övladlarımızı sınağa çəkirlər. Kimə də nə deyirsən, eşitmirlər, qulaqardına vururlar. Mənim tələbim ondan ibarətdir ki, məni yol idarəsinin rəisi Əlirza Süleymanovla görüşdürsünlər. Əlirza Süleymanov məni qəbul etməsə, aksiyanı sona qədər davam etdirəcəm. Əlirza Süleymanov burda mənəm Bağdadda kor xəlifə prinsipi ilə yaşayır.O, məni adam yerinə saymır”.


Fərhad Səlimov aclıq aksiyasını davam etdirməkdə israrlı olduğunu bildirib. O ailəsinin acından ölmək təhlükəsi olduğunu deyir.


“Ay ölkə başçısı sizdən dönə-dönə xahiş edirəm, necə olur ki sizin Əliyar Muradova gücünüz çatmır? Necə bir ölkədir bura? Əliyar Muradov buranın allahı olub. Biz nə edək hara qaçaq? Məcburi köçkünlük yaşamışıq. Burdan hara qaçaq? Xəzər dənizə getməliyik? Ay ölkə başçısı, preziden, cənab İlham Əliyev xahiş edirəm yardım edin”.


Bakı vaqon deposunda çilingər işləyən Əbülfət Əliyev də sərnişin daşımada haqsızlıqlar olduğunu dilə gətirir.

“Dəfələrlə Prezident Administrasiyası, korrupsiyaya qarşı mübarizə idarəsinə müraciət etmişik. Amma şikayətlərimizə baxan yoxdur.Bu xalqı yıxıb yerə sürüyürlər”.

Ana səhifəVideoDəmiryolçu aclıq aksiyasına başladı (VIDEO)