Demirtaş Türkiyə müxalifətini Ərdoğana qarşı birləşməyə çağırıb

Ötən ay Türkiyənin Konstitusiya Məhkəməsi onun uzun müddətə azadlıqdan məhrum edilməsini siyasətçinin azadlıq hüquqlarını pozduğu qərarını verib.

Source: Foto: Türkiyə mediası


“Müxalifət ictimaiyyətdən aralanmamağa diqqət etməlidir”

Kürdyönümlü Xalqların Demokratik Partiyasının (HDP) həbsdə olan keçmiş həmsədri Selahattin Demirtaş müxalifətin növbəti seçkilərdə Prezident Rəcəb Tayyib Ərdoğanı məğlub etmək üçün birləşmələsinin vacib olduğunu deyib,- “Cümhuriyyət” xəbər verir.

Xüsusi reportajda Demirtaş HDP-nin parlament və ya prezident seçkiləri üçün rəsmi bir ittifaqa ehtiyacı olmadığını deyib.

Lakin digər müxalifət partiyalarının HDP ilə demokratik prinsiplər və həll yolları ətrafında əməkdaşlıq etmək üçün bir araya gəlmələrini qeyd edən Demirtaş əməkdaşlıq olmadan heç kimin hazırkı sistemdə prezident seçilə bilməyəcəyini vurğulayıb.

“Fikrimcə, yeni konstitusiya, demokratik parlament sistemi, ifadə və mətbuat azadlığı, müstəqil və qərəzsiz məhkəmə sistemi ilə bağlı konsensusa nail olmaq lazımdır”,- o deyib.

Demirtaş müxalifətin Ərdoğanın gündəliyi ilə çox əlaqəli olduğunu və bunun əvəzinə açıq forumlar, yığıncaqlar, mitinqlər və dinc etiraz aksiyaları keçirməklə və ictimaiyyətə birbaşa müraciət etməklə Türkiyənin problemlərini həll etmək üçün bir araya gəlməli olduğunu qeyd edib.

“İstənilən dinc nümayiş həm konstitusiya hüququ, həm də demokratik müxalifətin qarantıdır”,- o əlavə edib: “Müxalifət ictimaiyyətdən aralanmamağa diqqət etməlidir”.

Kürd siyasətçi terrorla əlaqəsi olduğu iddiasıyla 2016-cı ilin noyabr ayından etibarən həbsdədir və günahkar olduğu təsdiqlənərsə, ömürlük həbs cəzası ala bilər.

Ötən ay Türkiyənin Konstitusiya Məhkəməsi onun uzun müddətə azadlıqdan məhrum edilməsini siyasətçinin azadlıq hüquqlarını pozduğu qərarını verib.

Demirtaş həmçinin qeyd edib ki, hakim Ədalət və İnkişaf Partiyası (AKP) 2016-cı ilin dövlət çevriliş cəhdindən bəri Türkiyənin siyasi sistemini “zərbə doktrinası” ilə dəyişdirməyə çalışır, lakin bu, davamlı idarəetmə sistemini qura bilməyəcək çünkü cəmiyyətin 70 faizi bir adamlıq rejimə qarşıdır.

Demirtaş Ərdoğanı açıq şəkildə tənqid etməsi ilə tanınır və HDP-nin uğurlarına əsas töhfə verən siyasətçidir. O, 2015-ci ildə AKP-nin seçkiləri tam qazanmasına mane olub və səsvermənin eyni ildə yenidən keçirilməsinə səbəb olub. HDP-nin 2018-ci ildəki seçki performansı da AKP-ni çıxılmaz vəziyyətə soxub.

Türkiyə Demirtaş və HDP-nin bir çox rəsmisini qanunsuz Kürdüstan İşçi Partiyası (PKK) ilə əlaqələrdə ittiham edir. Onlar ittihamları rədd edir. PKK uzun illərdir ki, Türkiyədə kürd muxtariyyəti uğrunda mübarizə aparır və bu mübarizə təxminən 40.000 insanın həyatına son qoyub. Qrup Türkiyə, ABŞ və Avropa Birliyi tərəfindən terror təşkilatı olaraq tanınır.

Demirtaş kürd millətçiliyinə dair sualları cavablandırarkən ehtiyatlı olub və Türkiyədəki kürdlərin vəziyyətini ABŞ-dakı irqi ədalət və bərabərlik hərəkatına, o cümlədən afroamerikalı Corc Floydun öldürülməsinə bənzədib.

O, Türkiyə və dünyanın ən böyük probleminin kapitalizm olduğunu deyib.

“Bu gün yoxsulluq, işsizlik, aclıq, səfalət, ölüm, müharibələr və istismarın ən böyük səbəbi neoliberal kapitalist sistemdir. Kapitalizmə qarşı yeganə antidot sosializmdir”,- o deyib.

Ana səhifəDünyaDemirtaş Türkiyə müxalifətini Ərdoğana qarşı birləşməyə çağırıb