”Dəmirçi Plaza”da qətl törədən şəxsə cəza istənildi

Prokuror müttəhimin 20 il azadlıqdan məhrum olunmasını təklif edib

Source:
Dəmirçi Plaza
Dəmirçi Plaza


Prokuror müttəhimin 20 il azadlıqdan məhrum olunmasını təklif edib

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıdakı “Dəmirçi Plaza”da qətl törədən Elşən Bəşirovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Fikrət Qəribovun sədrlik etdiyi iclasda prokuror çıxış edərək E.Bəşirovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Növbəti iclas fevralın 22-də davam edəcək.

Hadisə ötən il yanvarın 7-də Xətai rayonu ərazisində yerləşən “Dəmirçi Plaza” MMC-yə məxsus binada baş verib. İcarə əsasında fəaliyyət göstərən “İraq Hava Yolları” şirkətinə məxsus ofisdə, sürücü işləyən Bakı şəhər sakini Elşən Bəşirov münaqişə zəminində tüfəngdən atəş açaraq satış üzrə menecer – paytaxt sakini Əli Ağalını qətlə yetirib.

Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Bəşirov saxlanılıb.

Ana səhifəXəbərlər”Dəmirçi Plaza”da qətl törədən şəxsə cəza istənildi