”Dəmirbank”-dakı əmanətlər geri qaytarılacaq”

Əmanətlərin Sığortalanması Fondu məlumat yaydı

Source:


Əmanətlərin Sığortalanması Fondu məlumat yaydı

“Dəmirbank” ASC-də fiziki şəxslər tərəfindən yerləşdirilən qorunan əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən “Əmanətlərin sığortalanması haqqında” qanununda nəzərdə tutulan qaydada və müddətlərdə əmanətçilərə qaytarılacaq.

Bu barədə Əmanətlərin Sığortalanması Fondunun yaydığı məlumatda

bildirilib.

Fond “Dəmirbank” ASC-də bütün sığortalı əmanətlərə görə kompensasiyaların ödənilməsi üçün kifayət qədər vəsaitinin mövcud olduğunu qeyd edib.

Bildirilib ki, qorunan əmanətlər üzrə kompensasiyaların alınması üçün ərizə və sənədlərin qəbulu, yeri və vaxtı barədə əmanətçilərə əlavə məlumat veriləcək.

Eyni zamanda, əmanətçilərin diqqətinə çatdırılıb ki, 2 mart 2016-cı ildə qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilib və 2 mart 2016-cı il tarixdən qorunan əmanətlər üçün tətbiq edilən maksimal illik faiz dərəcəsi- milli valyuta üzrə 15%, xarici valyuta üzrə 3 faiz həddində olan Fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 (üç) il müddətində tam sığortalanır.

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının dekabrın 22-də “Dəmirbank” ASC-nin lisenziyasını

ləğv edib

.

Ana səhifəXəbərlər”Dəmirbank”-dakı əmanətlər geri qaytarılacaq”