Dəmir Yolu Vağzalı 35 günlük qapadılıb

Vağzal əvvəlki iş rejiminə sentyabrın sonu qayıdacaq

Source:


Vağzal əvvəlki iş rejiminə sentyabrın sonu qayıdacaq

Avqustun 22-si Bakı Dəmir Yolu Vağzalının sərnişinlərin üzünə bağlanıb.

Qərarı “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin verib.

ADY mətbuat xidmətindən vağzalın 35 gün qapalı qalacağı açıqlanıb.

Müvəqqəti məhdudiyyət Bakı-Sumqayıt və Bakı -Yalama elektrik qatarlarına da şamil edilir.

Açıqlamada vağzalın bağlanması dəmiryolun Biləcəri-Keşlə ərazisində aparılan təmir işləri ilə izah edilib.

Elektrik qatarlarına minik Biləcəri stansiyasında “Meydan” adlanan tərəfdə aparılacaq.

Bakı Dəmir Yolu Vağzalı əvvəlki iş rejiminə sentyabrın 26-da qayıtmalıdır.

Ana səhifəXəbərlərDəmir Yolu Vağzalı 35 günlük qapadılıb