Dələduzluqda təqsirləndirilən sabiq icra başçısı məhkəmə zalından azadlığa buraxıldı

Onlar F.Mənsura 60 min manat ziyan vurublar.

Source: google.az


Münsif Səfərov şərti cəza aldı

Vaxtilə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı olmuş, bir müddət əvvələ qədər isə Nazirlər Kabinetində çalışmış Münsif Səfərov dələduzluq ittihamıyla həbsdə idi. Bir ildən çoxdur Bakı Ağır Cinayətlər Məhkəməsində onun işinə baxılırdı. Aprelin 26-da məhkəmə prosesi başa çatıb. Keçmiş icra başçısına şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

M.Səfərov məhkəmədən yayındığı üçün axtarışa verilmişdi. Prokuror çıxışında onun 8 il azadlıqdan məhrum edilməsini, istintaq müddətində onun barəsində seçilən qətimkan tədbirinin həbslə əvəz olunmasını istəmişdi.

Sabiq icra başçısının şəriki, onunla birlikdə təqsirləndirilən Rüstəm Bayramova da məhkəmənin hökmü ilə şərti cəza verilib.

İttihama görə, M.Səfərov və R.Bayramov Fərabi Mənsur adlı şəxsin evini dələduzluq yolu ilə ələ keçirərək, bankdan külli miqdarda pul götürüblər. Onlar F.Mənsura 60 min manat ziyan vurublar.

Hər iki təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; küllü miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülmüşdü.

Təqsirləndirilən şəxslərin vurduqları ziyanın ödənməsini və zərərçəkmişin şikayətçi olmamasını nəzərə alaraq, onlara şərti cəza verilib.

Ana səhifəXəbərlərDələduzluqda təqsirləndirilən sabiq icra başçısı məhkəmə zalından azadlığa buraxıldı