Dələduzluqda təqsirləndirilən müstəntiq ev dustaqlığına buraxılıb

Müşfiq Abbasov özünü günahkar bilmir

Source:


Müşfiq Abbasov özünü günahkar bilmir

Dələduzluqda təqsirləndirilən

Bakı şəhər Prokurorluğunun müstəntiqi Müşfiq Abbasov ev dustaqlığına buraxılıb. Səbail Rayon Məhkəməsi bununla bağlı qərar çıxarıb.

APA-nın məlumatına görə, M. Abbasov ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.

Bir müddət əvvəl Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi Müşfiq Abbasov barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178-ci (dələduzluq) maddələr ilə cinayət işi başlanıb. M. Abbasov həmin maddələr üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. O, həmin iş üzrə yekun qərarın qəbulunadək vəzifəsindən kənarlaşdırılıb.

Ana səhifəXəbərlərDələduzluqda təqsirləndirilən müstəntiq ev dustaqlığına buraxılıb