Rektor əvəzi: “İndi hansı dövrdür ki, insanları zorla partiyaya qoşasan?”
“Biz bu olayla bağlı dərhal araşdırma apardıq. Dekanın bu hərəkəti qanunsuzdur və ona töhmət veriləcək”. Gününsesi.info-nun məlumatına görə, bu sözləri Dövlət Dillər Universitetinin rektor əvəzi Dünyamin Yunusov adıçəkilən təhsil ocağının YAP-ın iclasına getməyən tələbələrinə töhmət verilməsi barədə fakta münasibət bildirərkən söyləyib.
Rektor bildirib ki, dekanın bu əməli sadəcə tələbləri məsuliyyətli olmağa dəvət məqsədi ilə edilsə də, qanunsuzdur: “Dekana töhmət veriləcək. Divara vurulan o kağızın da hüquqi statusu yoxdur”.
Rektor tələbələrin YAP-a zorla yazdırılmadığını da deyib: “İndi hansı dövrdür ki, insanları zorla partiyaya qoşasan?”