Dekan müavini tələbənin həbs olunmasını tələb edir

“Təqsirləndirilən şəxs məhkəmədən yayınmaq istəyir”

Source:
Bakı Dövlət Universiteti
Bakı Dövlət Universiteti


“Təqsirləndirilən şəxs məhkəmədən yayınmaq istəyir”

İyulun 7-də Yasamal rayon Məhkəməsində Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadənin fakültənin dördüncü kurs tələbəsi Zəka Mirağayevə qarşı iddiası üzrə növbəti məhkəmə prosesi keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Azər Tağıyevin sədrlik etdiyi iclasda Z. Mirağayevin məhkəməyə gəlmədiyi məlum olub.

N. İsmayılzadənin vəkili Kamandar Nəsibov isə vəsatətlə çıxış edərək təqsirləndirilən şəxsin məhkəmədən yayınmaq istədiyini bildirib.

Vəkil Zəka Mirağayev haqqında həbs-qətimkan tədbirinin seçilməsini istəyib.

Tələbənin vəkili Elçin Sadıqov buna etiraz edib. Bildirib ki, Z. Mirağayevin səhhətində bəzi problemlər var idi və məhkəməyə gəlməməsi bununla bağlı ola bilər.

Hakim Azər Tağıyev bildirib ki, Zəka Mirağayevə məhkəmə haqda məlumat veriləcək, yenə gəlməsə, müvafiq tədbir görüləcək.

Proses iyulun 10-da davam edəcək.

Nigar İsmayılzadə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadənin bacısıdır.

O, tələbənin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci ( təhqir ) maddələrinə əsasən ittiham olunmasını istəyir.

Ana səhifəXəbərlərDekan müavini tələbənin həbs olunmasını tələb edir