“Dedilər şəhid olub, bir azdan gətirəcəklər”

24 yaşlı hərbçi Ağstafa Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.

Source: Specify Source


MAXE-nin cənazəsi kəndə gətirilir

Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin daha bir hərbçisini itirdiyi bildirilir.

Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, Ağstafa rayonu, Kolxəlfəli kənd sakini, MAXE Nazim Əfqan oğlu İsmayılov Tovuz istiamətində gedən döyüşlərdə həlak olub: “Hadisənin necə baş verdiyini bilmirik. Dedilər, şəhid olub, bir azdan gətirəcəyik”.

Kolxəlfəli kənd bələdiyyə sədri Malik İsmayılov da Meydan TV-yə faktı təsdiqləyib.

MAXE Nazim İsmayılov 1996-cı il təvəllüdlüdür. 24 yaşlı hərbçi Ağstafa Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.

Müdafiə Nazirliyi hərbçinin ölümü ilə bağlı hər hansı açıqlama verməyib.

İyulun 12-dən Azərbaycanın Ermənistanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs pozulub, döyüşlər gedir. Döyüşlər nəticəsində Azərbaycanın 11 hərbçisi, o cümlədən general-mayor Polad Həşimov həlak olub. Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan ordusunun 100-dən çox canlı qüvvə itirdiyini deyib və qeyd edib ki, Ermənistan tərəfi itkilərin sayını gizlədir. İyulun 14-də Ermənistan Müdafiə Nazirliyi 4 hərbçisinin öldürüldüyünü təsdiq edib.

Ana səhifəSiyasət“Dedilər şəhid olub, bir azdan gətirəcəklər”