Nizaməddin Quliyev 1993-cü ildə Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən “Sevinc” kinoteatrının yanındakı 200 kvadratmetrlik ərazidə obyektin tikilməsinə sərəncam verildiyini deyir. Amma 23 ildir ki, layihəni reallaşdıra bilmir. Şikayətçi Qara Qarayev 61 ünvanında yerləşən 300 kvadratmetrlik sahənin də əlindən alındığını deyir.
Nizaməddin Quliyevin sözlərinə görə, icra hakimiyyəti tutarlı bir əsas olmadan ona layihə verməkdən imtina edib. Qurum məhkəmələrə də təzyiq edib. Onun heç bir iddiası təmin olunmayıb.
İllər içində Nizami rayon İcra Hakimiyyətinə müraciətləri zamanı belə bir cavab da alıb.
Nizami rayon İcra Hakimiyyətinin Təsərrüfat Şöbəsinin müdiri Tariyel Tahirov Meydan TV-yə bildirib ki, Nizaməddin Quliyevin torpaq üzərində mülkiyyət hüququ yoxdur. Şəxsin torpaq üzərində mülkiyyət hüququ olarsa, heç kim tikintiyə mane ola bilməz.