”Dedilər, film göstəriləcək, sizə yer verə bilmərik”

Respublikaçı Alternativ Hərəkatına qurultay keçirmək üçün yer verilməyib. Bunu oktyabrın 27-də keçirilən mətbuat konfransında ReAL sədrinin müavini Azər Qasımlı deyib. Azər Qasımlı həmçinin bildirib ki, həbsxanada İlqar Məmmədovun sənədlərini, qurultaydakı çıxış mətnini əlindən alıblar.

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsindən hərəkata ünvanlanan müraciətdə bildirilib ki, dekabrın 3-nə qədər şənbə-bazar günlərində qurultay keçirilə bilər.

ReAL-çılar 2018-ci ildə keçiriləcək prezident seçkilərindən də söz açıb. Onlar bildirib ki, prezidentliyə namizədləri İlqar Məmmədovdur.

Hərəkatın sədri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə bağlı həbs olunub. O, məhkəmənin qərarı ilə 7 il azadlıqdan məhrum edilib. Avropa İnsan Hüquqları Məhkəməsi onun həbsdən azad olunması ilə bağlı qərar versə də, hələ azadlığa buraxılmayıb. Azərbaycana bu qərara münasibətini bildirmək üçün noyabrın 29-dək möhlət verilib.

Ana səhifəVideo”Dedilər, film göstəriləcək, sizə yer verə bilmərik”