DÇ-2022: Niderland və Argentina 1/4 finala çıxıb

Foto: Argentina – Avstraliya oyunundan

ABŞ və Avstraliya komandaları mundialla vidalaşıb

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında dekabrın 3-də 1/8 final mərhələsi start götürüb.

İlk oyun günündə iki qarşılaşma keçirilib.

Günün ilk oyununda Niderland millisi ABŞ-la üz-üzə gəlib. Oyun Avropa təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Günün digər matçında Argentina və Avstraliya yığmaları qarşılaşıb. Rəqibini 2:1 hesabı ilə məğlub edən argentinalılar növbəti mərhələyə vəsiqə qazanıb.

Argentina millisi DÇ-2022-nin 1/4 final mərhələsində Niderlandla qarşılaşacaq. Oyun dekabrın 9-da keçiriləcək.

DÇ-2022, 1/8 final

4 dekabr

19:00 Fransa – Polşa (“Al Tumama” stadionu)
23:00 İngiltərə – Seneqal (“Al Bayt” stadionu)

Ana səhifəXəbərlərDÇ-2022: Niderland və Argentina 1/4 finala çıxıb