Argentina millisi həlledici matçda oynayacaq
Qətərdə keçirilən dünya çempionatında dekabrın 13-də yarımfinal mərhələsinə start verilib.
Yarımfinal mərhələsinin ilk oyununda Argentina və Xorvatiya yığmaları üz-üzə gəlib. Mundialın ilk finalçısının adına aydınlıq gətirən oyun saat 23:00-da başlayıb. İtaliyalı FİFA referisi Daniele Orsatonun idarə etdiyi qarşılaşmanın qalibi Argentina millisi olub. Lionel Messinin lideri olduğu komanda Avropa təmsilçisini 3:0 hesabı ilə məğlub edib.
Yarımfinalın digər oyunu dekabrın 14-də keçiriləcək. DÇ-2022-nin sürpriz komandalarından olan Mərakeş millisi mundialın əsas favoritlərindən sayılan Fransa yığması ilə qarşılaşacaq. Saat 23:00-da start götürəcək oyun dünya çempionatının finalında Argentina yığmasının rəqibinin adına aydınlıq gətirəcək.