Dayanma və durma ilə bağlı uzanan xətaya görə gün ərzində bir cərimə yazılacaq

Bu müddəa uzanan inzibati xəta anlayışıilə bağlıdır. Məsələn, avtomobil dayanma və durma qaydasını pozub, 20 manat məbləğində cərimə edilib.

Source: http://turboplus.az/


Məcəlləyə dəyişiklik edilir

Dayanma və ya durma qaydalarının pozulması ilə bağlı inzibati xəta ilə bağlı cərimə yazılması qaydası dəyişir.

İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, şəxs İXM-in 346-cı maddəsində (dayanmavə ya durma qaydalarının pozulması) nəzərdə tutulmuş eyni inzibati xətanın törədilməsinə görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz.

Bu müddəa uzanan inzibati xəta anlayışıilə bağlıdır. Məsələn, avtomobil dayanma və durma qaydasını pozub, 20 manat məbləğində cərimə edilib. 24 saat ərzində həmin avtomobilə eyni xətaya – həmin yerdə dayanmağa görə cərimə yazıla bilməz. Ancaq sürücü avtomobilə əyləşib, həmin gün həmin yerdə təkrar və ya başqa bir yerdə dayanma və durma qaydalarını pozarsa, bu, onu məsuliyyətdən azad etmir.

Ana səhifəSosialDayanma və durma ilə bağlı uzanan xətaya görə gün ərzində bir cərimə yazılacaq