Davos forumu: Azərbaycan iqtisadi nailiyyətlərini itirə bilər

Həyat səviyyəsi ortadan yüksəkdir, iqtisadiyyat isə neftdən çox asılıdır

Source:


Həyat səviyyəsi ortadan yüksəkdir, iqtisadiyyat isə neftdən çox asılıdır

“US News & World Report”un Pensilvaniya Universiteti nəzdində Uorton Biznes Məktəbi ilə birgə hazırladığı reytinqdə Azərbaycan  60 “ən yaxşı ölkə” arasında 53-cü olub.

İlk 5 yeri Almaniya, Kanada, Britaniya, ABŞ və İsveç tutub. Son 3 yerdə İran, Ukrayna və Əlcəzair qərarlaşıb. Rusiya 24-cü, Qazaxıstan 55-ci yerdədir.

Azərbaycan sahibkarlığın inkişafında 55-ci, biznesin aşkarlığı üzrə 43-cü, həyat keyfiyyəti üzrə 56-cı, turizm və istirahət üzrə 54-cü, mədəni təsir üzrə 56-cı, tarixi irs üzrə 57-cidir.

Reytinq tərtibçilərinə görə, Azərbaycanda həyat səviyyəsi ortadan yüksəkdir, iqtisadiyyat isə neftdən çox asılıdır.  Müəlliflər DB-yə istinadən bildirir ki, işsizlik və yoxsulluq azalsa da, bu nailiyətlər itirilə bilər.

Müəlliflər iqtisadiyyatı şaxələndirməyi təkif edir. DB gənclərin hesabına işsizlərin sayının artacağı barədə xəbərdarlıq edir.

Reytinq sosioloji sorğu əsasında hazırlanıb və Davosda başlamış Ümumdünya İqtisadi Forumunda təqdim olunub.

Ana səhifəXəbərlərDavos forumu: Azərbaycan iqtisadi nailiyyətlərini itirə bilər