David Kramer: Özünə arxayın olan prezident seçkilərdə rəqabətdən qorxmamalıdır

”Bu qərar beynəlxalq miqyasda qınanılmalıdır”

Source:
Devid Kramer
Devid Kramer


”Bu qərar beynəlxalq miqyasda qınanılmalıdır”

“Ümid edərdim ki, prezident İlham Əliyevin bunu necə həyata keçirdiyini nəzərə alaraq beynəlxalq ictimaiyyət seçkilərin legitimliyini sual altına alacaq kəskin bəyanatlarla çıxış edəcək”.

Meydan TV xəbər verir ki, bunu Amerikanın Səsi radiosuna müsahibəsində Freedom House təşkilatının sabiq prezidenti və hazırda Florida Beynəlxalq Universitetinin aparıcı elmi əməkdaşı David Kramer

deyib

.

O bəyan edib ki, İlham Əliyevin növbədənkənar seçkilər keçirmək qərarı beynəlxalq miqyasda qınanılmalıdır.

“Belə seçki keçirməzlər. Əfsus ki, İlham Əliyevin bu əməlindən təəccüblənmirəm”.

Kramerin fikrincə seçkiləri erkən keçirmək qərarı pis qərardır. Belə ki, müxalifətə hazırlaşmağa vaxt vermir, onlara rəqabət aparmağa imkan vermir.

Kramer prezident İlham Əliyevin idarəçiliyi altında müşahidə etdiyi mürtəce siyasi proseslər fonunda Azərbaycanın prezidentinin son addımında bir qanunauyğunluq görür.

“Eşitdiyim xəbərlərə görə, prezidentin müşaviri Əli Həsənov deyir ki, onlar seçkilərin mühüm daxili və xarici olaylara qarışmasını istəmir. Mən ölkə üçün prezident seçkilərindən mühüm hadisə təsəvvür edə bilmirəm. Təəssüf ki, Həsənov və Əliyev məsələyə belə baxmırlar. Onlar səsverməyə prezident Əliyevin mandatının yenidən təsdiqi kimi baxırlar. Bu isə yanlış yanaşmadır.”

David Kramer Əliyevin referendumdan istifadə edərək konstitutsiyada dəyişikliklər həyata keçirdiyini, prezidentlik dönəmini uzatdığını, xanımını vitse prezident təyin etdiyini və güman ki, “övladlarına yol açmaq üçün prezidentliyə yaş məhdudiyyətini azaltdığını” vurğulayıb.

Onun fikrincə, bu addımları atmaqla İlham Əliyev Azərbaycanda “sülalə hakimiyyətinin bünövrəsini qoyur.”

“Özünə arxayın olan prezident seçkilərdə rəqabət aparmaqdan, hətta hakimiyyətini itirməkdən qorxmamalıdır. Hakimiyyətin demokratik qaydada təhvil verilməsi prosesin normal hissəsi olmalıdır,” deyə Kramer növbədənkənar seçkilər qərarının arxasında iqtisadi durumun perspektivindən təlaş keçirildiyini əlavə edir.

Prezident İlham Əliyev aprelin 11-də növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə

sərəncam

imzalayıb.

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov seçkilərin Konstitutsiyaya uyğun olaraq 2018-ci ilin payızında – oktyabrda deyil, apreldə keçirilməsinə aydınlıq gətirərkən bildirib ki, bu il may ayından başlayaraq çoxlu sayda mühüm yerli və beynəlxalq səviyyəli tədbirlər keçiriləcək.

Ana səhifəXəbərlərDavid Kramer: Özünə arxayın olan prezident seçkilərdə rəqabətdən qorxmamalıdır