”Davamlı manevrlər ”vəziyyəti düzəltdirik” blefi qənaətini yaradır”

Akif Qurbanov: ”Bu hakmiyyətə legal imkan yaradır ki, arzulamadığı mövzu və təşkilatları – demokratiya və insan haqlarına dair qrantı məqsədəmüvafiq hesab etməsin”

Source:


Akif Qurbanov: ”Bu hakmiyyətə legal imkan yaradır ki, arzulamadığı mövzu və təşkilatları – demokratiya və insan haqlarına dair qrantı məqsədəmüvafiq hesab etməsin”

Prezident İlham Əliyev “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipinin tətbiqi haqqında”Fərman imzalayıb.

Fərmanı Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov öz “Facebook” səhifəsində şərh edib: “Azərbaycan Respublikasının Nazirlər Kabineti: 3.1. qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi prosedurunun sadələşdirilməsini, o cümlədən onun həm xarici donor, həm də resipiyentin müraciəti əsasında həyata keçirilməsini təmin etsin;” bəndi aydın ifadə edir ki, heç nə dəyişmir. Yəni problem “qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin” əldə edilməsi prosedurunun çətin və ya sadə olmasında deyil. Problem belə bir rəyin verilməsindədir. Nə fərqi var- rəy sadə prosedurla verilir, ya çətin?! Əsas odur ki, rəy məsələsi olmamalıdır. Yəni bu hakimiyyətə legal imkan yaradır ki, arzulamadığı mövzu və təşkilatları – demokratiya və insan haqlarına dair qrantı məqsədəmüvafiq hesab etməsin. Ona mənfi rəy verəcək hər zaman.

Digər tərəfdən, bu məsələləri tənzimləyən əsas üstün hüquqi sənəd “Qrant haqqında” qanundur. Qaydalar isə onun icrası ilə bağlıdır. İndi qanun dəyişmədiyi halda, mürtəce müddəalar mövcud olduğu halda necə vəziyyətin irəliləməsindən söhbət gedə bilər?!”

Akif Qurbanov 2005-ci il Parlamebt seçkisi ilə müqayisə aparır:

“Bu, həm də bilirsiniz nəyə oxşayır: 2005-ci il Parlament seçkilərində Seçki Məcəlləsi hər bir məsələni tənzimlədiyi halda Prezident demokratik seçki praktikasına dair 2 sərəncam verdi. Yaxşı xatırlayarsınız 2005 seçkiləri necə keçdi.

Əgər həqiqətən vəziyyəti düzəltmək istəyirlərsə:


1. QHT qanunvericiliyi tamamilə dəyişməlidir.


2. Qrant haqqında qanun dəyişməlidir.


3. Birləşmə və toplaşma azadlığı təmin edilməlidir.


4. Vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı münasibətin özü dəyişməlidir:


– təzyiqlər aradan qaldırılmalı,


– ölkədən çıxışa qoyulan stop və biyabırçı yoxlamalar aradan qaldırılmalıdır.


– dövlət başçısı başda olmaqla məmurlar onlara “5-ci kalon” ritorikası ilə yox ölkənin problemlərinin həllində tərəfdaş kimi baxmalıdır.



… və s.

Təəssüf ki, davamlı manevrlər bunun sadəcə 25 oktyabrda Astanada EITI İdarə Heyətinin Azərbaycanın statusunu müzakirə etməsi öncəsi “vəziyyəti düzəltdirik” blefindən başqa bir şey olmadığı qənaətini formalaşdırır”.

Ana səhifəAnalitika”Davamlı manevrlər ”vəziyyəti düzəltdirik” blefi qənaətini yaradır”