Davalı sülh

Ərdoğan-Putin dövrü Rusiya-Türkiyə münasibətlərinə yeni ciddi siyasi fikir ayrılığı gətirdi.

Source: Reuters


Material



“Novaya qazeta”



saytında dərc olunub


Suriya, Liviya, Qarabağ: Rusiya ilə Türkiyə niyə münasibətləri vaxtaşırı gərginləşdirir, yenə qarşılıqlı əlverişli partnyor olaraq qalır?


Yekaterina Sokiryanskayanın araşdırması

Suriyanın İdlib əyaləti, Bəşər Əsədin nəzarətində olmayan sonuncu “deskalasiya zonası” yenidən gündəmdədir. Silahlı toqquşmalar davam edir. Əsas olaylardan biri oktyabrın 26-sı baş verib. Müxtəlif mənbələrin məlumatlarına görə, Rusiyanın hərbi təyyarələri “Korpus Aş-Şam” düşərgəsinə zərbə endirib ki, nəticədə “Faylak-aş-Şam” dəstəsinin 78 döyüşçüsü həlak olub, onlarla döyüşçü yaralanıb. 2020-ci ilin martında Putinlə Ərdoğanın əldə etdiyi atəşkəsdən sonra bir gün ərzində bu qədər böyük itki olmayıb.

Bu, döyüşçülərə sıradan zərbə olmayıb. “Faylak-aş-Şam”Suriya milli ordusunun Milli Azadlıq Cəbhəsinin aparıcı fraksiyası, “Türkiyənin İdlibdə sevimli silahlı dəstəsidir”,- türk hökumətinə yaxın olan SETA analitik mərkəzinin Suriya üzrə eksperti Ömər Özkızılcık “Twitter”-ində yazıb: “Türkiyə İdlibdə“Faylak”vasitəsilə dəstəklədiyi üsyançılara pul verir. Bu dəstə Türkiyənin İdlibdə olmasının təminatına görə məsuliyyət daşıyır və Rusiya ilə Türkiyənin atəşkəs haqda müqaviləsinin əhəmiyyətli hissəsidir”, – ekspert izah edib və xatırladıb: “Faylak aş-Şam”ın nümayəndələri Rusiyanın təşəbbüsü ilə Astanada Suriyanın gələcəyi haqqında keçirilən danışıqlar prosesində, o cümlədən Suriya Respublikasının yeni konstitusiya mexanizmini işləyib hazırlayan Konstitusiya komitəsində iştirak edirlər.

Belə çıxır ki, rusiyalı hərbçilər özlərinin tanıdıqları Suriya silahlı müxalifətinin mötədil dəstəsinə zərbə endirib.

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bu demarşa sərt reaksiya verib: “Rusiyanın İdlibdə Suriya Milli Ordusunun qüvvələrinə hücumu göstərir ki, bölgədə uzunmüddətli sülh və əmin-amanlığı istəmirlər”.

Bir çox ekspert bu cür hesab edib: “Rusiya belə etməklə Ankaraya Dağlıq Qarabağ uğrunda Azərbaycan-Ermənistan münaqişəsində Azərbaycana aşkar hərbi dəstək göstərdiyinə görə narazılığını bildirir”.

2020-11-08T170645Z_260730393_RC25ZJ9HCUJ6_RTRMADP_3_ARMENIA-AZERBAIJAN.JPG
İnsanlar Bakıda Şuşanın azad olmasını bayram edirlər. Noyabr, 2020

Maraqlıdır ki, Vladimir Putin İdlibdə türk silahlı qüvvələrinə zərbə endirməmişdən az əvvəl Ərdoğanı müstəqil xarici siyasət apardığına görə tərifləyib. Putini hətta bir neçə gün əvvəl Ərdoğanın Ukrayna Prezidenti Vladimir Zelenskidən “Ukraynanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəklədiyi”üçün knyaz Müdrik Yaroslav ordeni alması belə pərt etməyib. “Türkiyə Krımın “zəbt edilməsi”ni tanımır və heç vaxt da tanımayacaq”, – Ərdoğan dəfələrlə bəyan edib.

Putin təsdiqləyir ki, bunda heç bir problem görmür: “Bu, onun (Ərdoğanın) məntiqli mövqeyidir. O, Krımı tanımır, o, Dağlıq Qarabağı tanımır”, – Putin “Valday” klubunun iclasında deyib. Onun sözlərinə görə, Rusiyanın mövqeyi isə “öz tərəfindən səbir və məntiq nümayiş etdirməkdir”. Axı Rusiya məhz Türkiyə ilə “Türkiyə axını” qaz kəməri layihəsini reallaşdıra bilib, Avropa ilə isə “illərdir bi mövzunu çeynəyirik”.

Üstəlik, Türkiyə NATO üzrə partnyorlarına zirvədə Rusiyadan C-400 hava hücumundan müdafiə sistemləri alıb və 13-17 oktyabrda onları ölkəsinin şimalında sınaqdan keçirib. ABŞ sınaq faktı təsdiqləndiyi təqdirdə, artıq buna görə Ərdoğanı sanksiyalarla hədələyib.

“Bəli, sınaqlar keçirilib, keçirilir, – Ərdoğan jurnalistlərə bəyan edib. – Və biz bunu edib-etməməklə bağlı ABŞ-dan icazə almağa hazırlaşmırıq. Deməli, bu cənablar burada Rusiyaya məxsus silahın olmasından narahatdırlar”.

Sanki sərt Rusiyayönümlü bəyanatdır.

O zaman Rusiya niyə İdlibdə türkyönlü dəstələrə hücum çəkib?

Rusiya ilə Türkiyəni yenə də hansı münasibətlər bağlayır – partnyorluq və əməkdaşlıq, yoxsa rəqabət və qarşıdurma?


Qaz, turistlər və dinc atomu

Rusiya ilə Türkiyənin çoxlu ümumi və ziddiyyətli maraqları, o cümlədən münasibətlərinin mürəkkəb tarixçəsi var. Ölkələr dörd əsrlik qonşuluqları zamanı bir-biri ilə minimum 12 dəfə müharibə edib, müharibələr arası fasilələrdə isə iqtisadi əlaqələrini və siyasi əməkdaşlıqlarını uğurlu şəkildə inkişaf etdirib. Rusiya və Osman imperiyasının süqutundan sonra sovet rəhbərliyi Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün başçılığı ilə Anatoliyanın müstəqilliyi uğrunda hərəkatı dəstəkləyib. Atatürkün ölümünə qədər 1938-ci ildə ölkələr arasında münasibətlər dostluq şəraitində inkişaf edib, lakin sonra Türkiyə Respublikası NATO-nun tərkibinə daxil olub və soyuq müharibə dövründə Qərb ölkələri ilə birgə qarşı düşərgədə yer alıb. Lakin əməkdaşlıq həm 60-cı, həm də 70-ci illərdə davam edib: SSRİ Türkiyəyə onun inkişafı üçün strateji olan ağır sənayeni yaratmağa kömək edib, bunun üçün ona zəruri texnologiyalar verib. Halbuki Qərb ölkələri eyni dəstəyi göstərməyə tələsmirdi.

SSRİ dağılandan sonra Rusiya ilə Türkiyənin münasibətləri həm iqtisadiyyat, həm də mədəniyyət sahəsində qızğın şəkildə inkişaf etməyə başladı. Bu da bir neçə açar fakt.

Bu gün ölkələr arasında illik ticarət dövriyyəsinin həcmi ildə 26 milyard dollara çatır.

2015-ci ildə baş vermiş“Təyyarə böhranı”na kimi, – həmin vaxt Türkiyənin hava hücumundan müdafiə qüvvələri Rusiyanın hərbi təyyarəsini vurmuşdu, – Türkiyə işlətdiyi qazın yarsıından çoxunu Rusiyadan alırdı. O, 2007-ci ildən Rusiya yanacağını ən çox işlədən ikinci ölkə olub.

Türkiyə Turizm Nazirliyinin məlumatına görə, 2019-cu ildə (pandemiyadan bir il əvvəl) ölkəyə gəlmiş 51 milyon turistin 7 milyonu rusiyalı olub.

Rusiya Türkiyədən məişət texnikası və avadanlıq, geyim, ayaqqabı, parça və kənd təsərrüfatı ərzaqları idxal edir. Türkiyənin inşaat firmaları 1980-ci illərin sonlarından (Rusiya həmin vaxt onları hökumətlərarası qaz müqaviləsi çərçivəsində dəvət etmişdi) Rusiya bazarında yerini möhkəmlədib, 82 milyard dollardan çox məbləğdə müqavilələri icra edib, o cümlədən türklər 2014-cü ildə Soçidə keçirilən Qış Olimpiadasının və 2018-ci ildə Rusiyada keçirilən futbol üzrə Dünya çempionatının obyektlərini inşa edib. Rusiya müqavilələri Türkiyənin xaricdə inşaat layihələrinin 20%-ni təşkil edir. Rusiyalılar Türkiyə sahillərində daşınmaz əmlak alır, minlərlə rus-türk nikahı baş tutur.

Putin-Ərdoğan hakimiyyəti dövründən iqtisadi əməkdaşlıq təkcə genişlənməyib, həm də daha dərinləşib və siyasiləşib. Bu, son on illər ərzində xüsusilə gözə çarpır.

2010-cu ildən başlayaraq, ölkələrimiz bir sıra mühüm hökumətlərarası müqavilələr bağlayıb. Onların arasında Rusiyanın Türkiyədə dəyəri 22 milyon dollar olan ilk “Akkaya” atom stansiyasının inşasına başladı. Bu, Türkiyə üçün strateji əhəmiyyətlidir, belə ki onun atom energetikası sahəsində öz texnologiyası yoxdur. Bu il gücü 4800 MBt olan AES-nın artıq ikinci blokunun inşasına başlanıb. Nəticədə stansiyanın ildə hardasa 35 milyard kVt/s istehsal edəcəyi ehtimal olunur.

content_001_tur.jpg
Türkiyədə “Akkaya” AES-nın inşası. Ərdoğan rejiminin dinc atom texnologiyası yoxdur.

2014-cü ilin sonunda Rusiya Bolqarıstandan keçən “Cənub axını” qaz kəməri layihəsindən imtina etdi və 2016-cı ildə alternativ “Türk axını”nı işə saldı. Bu layihə Rusiyaya Ukraynanın yanından ötüb, perspektivli türk istehlakçısını qazla təchiz etməyə imkan verdi. Bundan başqa, mütəxəssislərin fikrincə, Rusiya 2011-ci ildən energetika, metallurgiya, bank xidmətləri və avtomobil sənayesinə investisiya qoyur ki, bu da ona təkcə böyük gəlir əldə etməyə deyil, Türkiyə üzərində iri təsir rıçağına sahib olmağa imkan verir.

Bununla yanaşı, Ərdoğan-Putin dövrü Rusiya-Türkiyə münasibətlərinə yeni ciddi siyasi fikir ayrılığı gətirdi.

Rusiyanın xarici siyasi münaqişələrinin çoxunda Türkiyə onun mövqeyini bölüşməyib. Beləcə, Ankara nə Abxaziyada Cənubi Osetiyanın müstəqilliyini, nə də Krımın Rusiyaya birləşməsini tanımayıb, üstəlik Ərdoğan türklərə qohum olan Krım tatarları fəallarının həbsləri və axtarışda olması ilə bağlı müntəzəm olaraq ciddi narahatlığını bildirir.

Rusiya-Türkiyə münasibətlərinin ən ciddi sınağı isə Suriyadakı siyasi böhran olub. Bu münaqişədə Rusiya Bəşər Əsədi dəstəkləyib, Türkiyə isə müxalifətin tərəfini tutub. Suriyanın İdlib əyalətində birbaşa Rusiya-Türkiyə hərbi qarşıdurması riski hələ də mövcuddur.

Son bir ildə Suriya probleminə daha iki müharibə qoşulub ki, həmin müharibələrdə iki ölkənin maraqları köklü şəkildə fərqlidir.


Suriya

“Ərəb baharı”nın gətirdiyi etirazlar Suriyada 2011-ci ilin martında başladı. Onlar başlanğıcda dinc xarakter daşıyırdı və nümayişçilər hakimiyyətin dəyişməsini, korrupsiya və polis özbaşınalığı ilə mübarizə tələb edirdilər. Bəşər Əsəd ilk günlərdən etiraz dalğasını yatırtmaq taktikasını seçdi: nümayişçilərin kütləvi şəkildə qovması, amansızcasına saxlanması və işgəncəyə məruz qalması, hətta qətlə yetirilməsi baş verdi. Bu bir nəticə verməyəndə, işə ordu qoşuldu ki, bu da faktiki olaraq vətəndaş müharibəsinin başlaması idi. Müxalifət silahlanmağa, müqavimət göstərməyə və Dəməşqdə bir-birinin ardınca ərazilərin hökumətə tabe olmadığını elan etməyə başladı.

Tammiqyaslı hərbi əməliyyatlar başladıqdan sonra Suriya ilə qonşu olan Türkiyəyə çox böyük qaçqın axını baş verdi. O dövrdən bəri Türkiyə həm ən çox sayda suriyalı qaçqın qəbul edən bir ölkə kimi, həm də əsas regional oyunçu kimi qonşuluqda baş verənlərə fəal şəkildə təsir göstərməyə çalışıb.

Hərbçilər nümayişçiləri ilk dəfə güllələdiyi andan Ərdoğan Suriya hökumətini mühakimə etdi, bir müddət sonra isə aşkar şəkildə Əsədin istefasına çalışdı, o cümlədən Əsədə qarşı vuruşan müxalifəti maliyyələşdirməyə və silahlandırmağa başladı. Münaqişənin bu erkən mərhələsində – 2011-2013-cü illərdə Türkiyənin maraqları Amerikanın maraqları ilə əhəmiyyətli dərəcədə üst-üstə düşürdü.

content_001_tur2.jpg
Türkiyənin dəstəklədiyi Suriya müxalifət ordusunun döyüşçüsünün yaralanması. 2019-cu il.

Vaşinqton həmçinin Əsəd hökumətinin dəyişdirilməsinə can atıb, belə ki İsraili hədələməsi (HAMAS hərəkatının və “Hizbullah” şiə partiyasının dəstəyi), İranla yaxınlıq etməsi və Livanın daxili işlərinə qarışması ilə əlaqədar ona qarşı öz iddiaları olub. ABŞ və Türkiyə Suriyada birgə aktiv iş görüb, o cümlədən ölkənin öz əhalisi ilə vuruşan prezidenti Əsəddən tezliklə qurtulması yönündə fəaliyyət aparıb. Lakin Türkiyənin Suriyadakı mövqeyi heç də təkcə humanitar məqsəd güdmür. Ankara üçün əsas maneə “kürd məsələsi” olub – məhz bu bu məsələ ABŞ-la ziddiyyətin dərinləşməsinə və Türkiyənin Rusiya ilə yaxınlaşmasına gətirib çıxarıb. Kürd separatizmi Türkiyənin köhnə böyük daxili siyasi problemidir. Ankara kürd muxtariyyəti ideyasının sərt əleyhdarıdır.

Xatırladaq ki, kürdlər bölünmüş xalqdır, sayı 30 milyondan çoxdur, təxminən 18 milyonu Türkiyədə yaşayır. Müxtəlif tarixi şəraitlərdən irəli gələrək, kürdlər eləcə də öz müasir dövlətlərini yarada bilməyib. Lakin kürdlərin bir çoxu bu arzusundan əl çəkmir – bəziləri hətta onun uğrunda canlarından belə keçməyə hazırdır.

Türkiyə hökuməti 1984-cü ildən ölkənin cənub-şərqində Kürdüstan İşçi Partiyasına (KİP) qarşı amansız silahlı mübarizə aparır. Partiya həm Türkiyədə, həm BMT ölkələrində, həm də bir sıra başqa ölkələrdə terror təşklilatı elan edilib. Lakin Rusiya tanımayıb. 36 illik münaqişə dövründə hər iki tərəfdən 40 000 nəfərə yaxın adam ölüb. “Kürdistanın azadlıq qırğıları” kimi təşkilatlar Türkiyədə bir sıra terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Məsələn, 2016-cı ilin martında Ankaranın mərkəzində avtobus stansiyasında törədilmiş partlayış zamanı 37 adam həlak olub və 125-i yaralanıb.

“Ərəb baharı” fonunda və sonrakı münaqişə zamanı suriyalı kürdlər (1,5 milyona yaxın), – onlar uzun illər suriyada ayrı-seçkiliyə məruz qalan azlıq olub, – özünü idarə strukturları yaratmağa və öz ərazilərində həyatlarını müstəqil şəkildə nizamlamağa başlayıb. Suriyalı kürd könüllülərinin öz qüvvələrini Türkiyə kürdləri ilə birləşdirməsi perspektivi ölkənin maraqlarına birbaşa təhlükə yaradır. Odur ki, Türkiyə Suriya ilə sərhəd ərazilərini nəzarətə götürməyə çalışır və orada kürd muxtariyyətinin yaranmaması üçün əlindən gələni edir. Türkiyənin birinciliyi YPG xalq özünümüdafiə kürd dəstələri ilə – DQİ (Demokratik Qüvvələr İttifaqı) kürd-suriya alyansının ən iri hərbi hissəsi ilə, deməli, terrorçularla mübarizədir. YPG-də bu əlaqəni inkar edirlər. Müharibənin lap əvvəlindən Türkiyə Suriyanın Türkiyə ilə sərhədi boyu – şimal-şərq ərazisində təhlükəsizlik zonasının yaradılmasını, kürd qüvvələrini oradan sıxışdırıb çıxarmağı, ora Türkiyədəki suriyalı qaçqınların bir hissəsini və silahlı Suriya müxalifətinin dəstələrini yerləşdirməyi təklif edib. Lakin ABŞ-da bu planı dəstəkləmədilər, əksinə, 2014-cü ildə peyda olmuş “İslam dövləti” ilə (RF ərazisində qadağan olunub) öz mübarizəsində kürd hissələrinə üstünlük verib. İŞİD-lə mübarizədə yüksək döyüş qabiliyyəti və cəsarət nümayiş etdirən həmin kürd hissələri, sözsüz ki, bunun əvəzində siyasi dividend gözləyib.

ABŞ-la Türkiyənin əməkdaşlığı 2016-cı il iyulun 15-dən 16-na keçən gecə Türkiyədə çevriliş cəhdindən sonra tamamilə pozuldu. Baş tutmamış çevrilişin təşkilatçısını ABŞ-da yaşayan dini-siyasi xadim Fətullah Güləni hesab edirlər.

Ankarının nöqteyi-nəzərindən qərb ölkələri Türkiyə rəhbərliyini dəstəkləmədi, ABŞ-sa, ümumiyyətlə, Güləni verməkdən imtina etdi. Əvəzində Rusiya Tayyib Rəcəb Ərdoğanı tamamilə dəstəklədi və çevriliş cəhdini sərt mühakimə etdi. Bundan başqa, Qərb getdikcə Türkiyə rəhbərliyini avtoritar tendensiyaların güclənməsinə, müxalifətçilərin, kürd siyasətçilərinin, jurnalistlərin, hüquqşünasların əsassız həbsi və insan haqlarının digər şəkildə pozulmasına görə daha çox tənqid atəşinə tutdu. Ərdoğan üsyandan sonra nümayişkaranə şəkildə ABŞ-dan asılı olmayan siyasi kurs götürdü.

Həmin dövrdə Krımın birləşməsi fonunda və Donbas müharibəsində Rusiya ilə Qərbin münasibətləri həmçinin xeyli pisləşdi.

Nəticədə Putin və Ərdoğanın əlində münasibətlərin möhkəmlənməsi üçün möhkəm əsas oldu. Bu, Qərblə son dərəcə gərgin münasibətlər və öz rejimlərini qorumaqda mütləq prioritet idi.

2015-ci ilin sentyabrında Rusiya Suriya ilə müharibədə hökumət qüvvələrinin tərəfində çıxış etməklə Türkiyə ilə barrikadanın müxtəlif hissələrində yer almış oldu. Tərəflərin razılaşdırılmamış hərəkətlərinin ilk faciəli nəticəsi 2015-ci il noyabrın 24-də baş vermiş hadisə oldu. Həmin vaxt Rusiyanın Cy-24M bombardmançı təyyarəsi Suriya-Türkiyə sərhədi yaxınlığında Türkiyə hərbi hava qüvvələrinin F-16 təyyarəsinin atdığı “hava-hava”raketi ilə vuruldu.

Ankara təsdiqləyirdi ki, təyyarə Türkiyənin dövlət sərhədini keçib və bununla bağlı bir neçə dəfə xəbərdarlıq alıb. Rusiya tərəfi isə bəyan etdi ki, təyyarə Suriyanın hava məkanında olub və heç bir xəbərdarlıq almayıb. Təyyarə heyəti katapult etməyə müvəffəq olsa da, təyyarəçilərdən biri yerdən açılmış atəş nəticəsində həlak olub.

Rusiya bu hadisəyə çox sərt reaksiya verdi: Türkiyəyə qarşı iqtisadi sanksiyalar tətbiq etdi, o cümlədən meyvə-tərəvəzin, ət məhsullarının idxalına qadağa qoydu, viza rejimi yaratdı, Rusiyada yaşayan bir çox türk vətəndaşını ölkədən çıxardı və türklərin Rusiyada əmək fəaliyyətini məhdudlaşdırdı. Rusiya və Türkiyə arasındakı çarter reyslər həmçinin qadağan olundu və turist putyovkalarının satışına məhdudiyyətlər qoyuldu. Bu epizod iki ölkənin ən yeni tarixində Rusiya-Türkiyə münasibətlərində ən irimiqyaslı böhrana gətirib çıxardı. Sanksiyaların energetika sahəsinə aidiyyatı olmasa da, bu böhrandan sonra Türkiyə Rusiyadan təbii qazın alınmasının diversifikasiyasına üstünlük verdi və o dövrdən bəri hər il Rusiya yanacağından asılılığını get-gedə azaltdı (məsələn, 2019-cu ildə qazın idxalı bütün istifadə olunan həcmin 33%-dək düşdü).

Lakin 2016-cı ilin sonunda prezident Ərdoğan Vladimir Putinə üzr məktubu yazdı və Türkiyə Suriya məsələsində Rusiya ilə mümkün yaxınlaşma yollarını nəzərdən keçirməyə başladı.

Nəticədə 2016-2017-ci illərdə Türkiyə İŞİD və YPG-yə qarşı istiqamətlənmiş “Fərat qalxanı”adlı yeddi aylıq hərbi əməliyyatı keçirməyə müvəffəq oldu. Ankara əməliyyat zamanı Carablus, Əl-Bab və Dabik şəhərlərini cihadçıların əlindən ala bildi və 100 kilometrədək sərhəd sahəsi üzərində nəzarəti ələ götürdü. Beləcə, suriyalı kürdləri öz sərhədindən sıxışdırıb və ölkənin şimal-qərbində yerləşən Afrin kürd rayonunu şimal-şərqdəki Kobani və Cazira kürd rayonlarından ayırıb. Bununla da türk ordusu kürd qüvvələrinə nəzarət etdikləri əraziləri birləşdirən dəhliz yaratmağa imkan verməyib.

755785690864739.jpeg
Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin (mərkəzdə) “Türk axını” qaz kəmərinin açılışı zamanı

Suriya Kürdistanı nümayəndəliyinin başçısı Rodi Osmanın Rusiyanı Türkiyəyə təzyiq göstərməyə və kürd rayonlarının atəşini dayandırmağa çağırışlarına baxmayaraq, Moskva müdaxilə etməyib. Rusiyalı ekspertlər hesab edirlər ki, “Fərat qalxanı” Putinlə razılaşdırılıb, Ərdoğan bunun üçün xüsusi olaraq Sankt-Peterburqa iqtisadi foruma uçub. Ərdoğan bunun əvəzində Putinə Hələbdə sabiq Cabhat-an Nusradan (Rusiyada qadağan olunub) olan cihadçılarla mübarizədə yardım vəd edib.

2017-ci ildə “Fərat qalxanı” çərçivəsində əməkdaşlıqdan ruhlanan Türkiyə Rusiya və İranla birgə Suriya böhranının nizamlanması üzrə Astana formatının iştirakçısı olub. Danışıqlara Rusiya təşəbbüs göstərib. “Astana üçlüyü” Suriya ərazisində dörd “deskalasiya zonası”nın yaradılması barədə razılığa gəlib. Türkiyə şimal-şərqə – “idlib”ə (bura İdlib əyalətinin sərhəd əraziləriŞ Lataksiya, Hələb və Xama əyalətlərinin hissələri daxil olub) görə məsuliyyət daşıyıb.

Ərdoğan bununla bərabər Əsədlə mübarizəsini davam etdirib və hətta Putinlər danışıqları zamanı əsədi “qatil”adlandırmaqdan çəkinməyib.

Ritorikanın sərtliyinə baxmayaraq, Ərdoğan Bəşər əsədin qoşunlarının Rusiyanın HKQ ilə birgə Şərqi Quta və Derada deskalasiya zonaları üzərində nəzarətin qurulması üzrə hərbi əməliyyatlar zamanı güc tətbiq edilməsini dayandırmaq və ya dinc əhaliyə zərbələri yumşaltmaq üçün az şey edə bilib.

Əvəzində 2018-ci ilin yanvar-mart aylarında Türkiyə kürdlərə qarşı “Zeytun budağı” adlı daha bir hərbi əməliyyat keçirə bilib. Bu əməliyyat nəticəsində aviasiya və piyada qüvvələri sayəsində YPG kürd silahlı təşkilatı strateji əhəmiyyətli Afrin rayonundan və Racu, Bülbül və Candaris iri yaşayış məntəqələrindən sıxışdırlıb. ABŞ-ın Suriya demokratik qüvvələrinin (SDF) 30 minlik silahlı hərbi hissəsinin yaradılması haqqında bəyanatı bu əməliyyatın baş verməsinə mühüm təsir göstərib. Həmin hərbi hissəyə kürd qeyri-nizami qoşunu Türkiyə sərhədinə yaxın ərazilərə nəzarət məqsədilə daxil olacaqdı.

Prezident Ərdoğan bəyan edib ki, kürd döyüşçüləri Türkiyə üçün real və daima artan təhlükə yaradır və Ankara “onun sərhəd rayonlarına hücuma keçən”və “terror dəhlizi” yaratmağa cəhd edən hər kəsə qarşı əməliyyat keçirəcək. Türk aviasiyası və quru qoşunları Suriya azadlıq ordusunun türkyönlü qüvvələri ilə birgə hərəkət edib. 167 minə yaxın dinc sakin hərbi əməliyyat zonasından qaçıb.

Rusiyanın reaksiyası hərbi əməliyyatın keçirilməsi ilə bağlı narahatlıq ifadəsi ilə məhdudlaşıb. Ərdoğansa bəyan edib ki, onun keçirilməsini Putinlə razılaşdırıb, Moskva bu bəyanata şərh verməyib. Əməliyyatın ilk günü Rusiya provokasiya və gözlənilməyən vəziyyətləri istisna etmək üçün öz hərbi xidmətçilərinin yerini Afrində yenidən dəyişib. Tərəflər əlaqəni qoruyub saxlayıb, əməliyyat zamanı prezidentlər telefon danışıqları aparıb. Ekspertlər hesab edirlər ki, Rusiya Türkiyəyə YPG-yə qarşı növbəti əməliyyatı keçirməyə Bəşər Əsədin qüvvələrinin İdlib deskalasiya zonasının dərinliyinə doğru hərəkət etməsi və ərazinin bir hissəsi üzərində nəzarətə sahib olması, o cümlədən türkyönlü qruplaşmaların Soçidəki danışıqlar prosesində iştirakı qarşılığında imkan verib.

Rusiya HKQ-nin və hərbi polis bölmələrinin iştirakı Suriyada vətəndaş müharibəsinin gedişatını Bəşər Əsədin xeyrinə dəyişdirdi və o, sərt hərbi əməliyyatlar yolu ilə ölkənin böyük bir hissəsinin nəzarətini özünə qaytardı. Nəticədə dinc sakinlər kütləvi şəkildə qırıldı.

Türkiyə bununla razılaşmalı olur, lakin o, ölkəsinə yeni qaçqın axınının qarşısını almaq və Suriyanın gələcək siyasi konfiqurasiyasına onun nəzarətində olan müxalif qüvvələr vasitəsi ilə təsirini saxlamaq üçün İdlibdə öz mövqelərini maksimum şəkildə qorumağa çalışır.

Rusiya da, Türkiyə də 2015-ci ildən acı dərs alıb və İdlibdə gözlənilməz toqquşmalardan qaçmağa çalışır. Bununla belə, 2020-ci ilin qışında Rusiya-Suriya əməliyyatının son fazası zamanı Rusiya və Türkiyə yenə təhlükəli həddə yaxınlaşdı. Fevralın 28-i Suriyanın hərbi hava qüvvələri türk hərbçilərinə zərbə endirdi və onlarla əsgəri qətlə yetirdi və yaraladı. Türkiyə hesab etdi ki, bu hücum Rusiyanın sanksiyası olmadan mümkün deyildi və cavabında qisas hərbi əməliyyatını keçirərək, Suriya ordusunun xeyli sayda əsgərini və hərbi texnikasını məhv etdi. Rusiya müdaxilə etmədi və beləliklə Ankara ilə münasibətlərdə zəif tarazlığı bərpa etdi.


Liviya

2019-cu ildə Liviya Rusiya ilə Türkiyəni növbəti dəfə qarşı-qarşıya qoydu. 2011-ci ilin avqustunda “Ərəb baharı” polkovnik Qəddafinin 42 illik hakimiyyət dövrünə son qoydu, oktyabrda isə bir sentyabr Sosialist Xalq Liviya Ərəb Camahiriyasının qardaş rəhbəri və lideri Müəmmar Qəddafi etirazçılar tərəfindən qəddarcasına qətlə yetirildi.

Özbaşına cəzalandırmanın kadrları Qəddafi ilə isti şəxsi münasibətlər qurmuş Vladimir Putini sarsıtdı. Bundan başqa, 2008-ci ildə Rusiya prezidentinin Tripoliyə rəsmi səfəri zamanı Rusiya bir neçə çoxlu milyardlıq əlaqə və siyasi razılaşmalar qarşılığında Liviyanın 4,5 milyard dollar məbləğində borcunu bağışladı. Beləliklə, Qəddafinin ölümü sadəcə insani şoka salmadı, həm də Rusiya şirkətlərinin, o cümlədən “Tatneft”, “Qazprom”və Rusiya dəmir yolunun böyük miqdarda maliyyə itkisinə səbəb oldu.

Qəddafinin ölümündən sonra Liviya vətəndaş müharibəsi burulğanına düşdü, İŞİD də daxil olmaqla radikal və cihad dəstələrin sığınacağına çevrildi. 2015-ci ilin sonunda BMT-nin himayəsi ilə sülh prosesi hakimiyyətə Faiz al-Sərracın milli həmrəylik hökumətini gətirdi. Bu hakimiyyət indi də beynəlxalq tanınmış sayılır. Lakin ölkənin şərqinə hakimiyyətə Tabrus şəhərində olan Liviya parlamenti (Nümayəndələr palatası) nəzarət edir, o, Sərracın hökumətini tanımır.

Əl-Sərrac Ərdoğanla Şərq Araqlıq dənizində Türkiyənin energetika maraqlarını təmin edən bir sıra iqtisadi müqavilə bağlayıb. Həmçinin rəhbərlər arasında əməkdaşlıq haqqında razılaşma əldə olunub. Bu razılaşmaya görə, Türkiyə Liviya hökuməti xahiş etdiyi təqdirdə ölkəyə qoşun yeridə bilər. Liviyanın dəstəyi olmadan Türkiyə Şərq Aralıq dənizində öz strateji maraqlarını müdafiə edə bilməz, odur ki, Ankara Əl-Sərrac hökumətinin qorunub saxlanması üçün əlindən gələni edir.

Burada Rusiyanın maraqları başqadır. Rusiya“Vaqner” özəl hərbi şirkətin döyüşçü qüvvələri, – Moskva onun rəsmi mövcudluğunu tanımır, – sayəsində Əl-Sərracın şərqdə hərbi düşmənlərini dəstəkləyir, Qəddafinin keçmiş silahdaşı, islamçıların qatı əleyhdarı feldmarşal Xalif Xaftarla yaxın əlaqə saxlayır. Xaftar 2016-cı ildə iki dəfə Moskvada olub, müdafiə naziri Sergey Şoyqu, xarici işlər naziri Sergey Lavrov, həmçinin Təhlükəsizlik Şurasının başçısı Nikolay Patruşevlə görüşüb. 2017-ci ildə o, məsləhət üçün yenidən Moskvaya uçub. 2019-cu ilin aprelində Xaftar hakimiyyəti ələ almaq məqsədi ilə Liviyanın paytaxtı Tripolinin hərbi həmləsinə cəhd edib. Əl-Sərrac hökumətinə hərbi yardım göstərən Ərdoğan Xaftarın planlarına mane olub.


Qarabağ

Rusiya və Türkiyənin maraqlarının bilavasitə toqquşduğu son müharibə Dağlıq Qarabağda münaqişənin eskalasiyası olub.

content_VLK_8241.jpg
Stepanakertə (Xankəndi) raket zərbəsinin nəticələri

Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq tanınmış ərazisidir, lakin 1992-ci ildən onun ərazisinə və ona birləşən işğal olunmuş yeddi rayonun ərazisinə özünü elan etmiş erməni hakimiyyəti nəzarət edir.

Artıq bir aydan çoxdur ki, Qarabağda və ona birləşmiş ərazilərdə amansız döyüşlər gedir. Azərbaycanın quruda və havada aşkar üstünlüyü əhəmiyyətli dərəcədə Türkiyənin siyasi və hərbi dəstəyi ilə təmin olunub. Türkiyə son illər Azərbaycan ordusunun təliminə və təchizinə ciddi şəkildə qoşulub, həmçinin onu silahla təchiz edib. Son vaxtlar dərc olunmuş sənədlərə əsasən, Dağlıq Qarabağ vilayətində həmçinin suriyalı muzdlular döyüşür. Onlarsa çətin ki Türkiyənin köməyi olmadan Cənubi Qafqaza gəlib çıxa bilsin. Hərçənd Ankara bu faktı təkzib edir.

Bu münaqişədə Rusiyanın həlledici rol oynayacağı aşkardır. Lakin Azərbaycan istənilən sülh danışıqlarında Türkiyənin iştirakını tələb edir.

Moskva ümumilikdə Türkiyənin iştirakının əleyhinə deyil, lakin bu mütləq Rusiya, Fransa və ABŞ-ın rəhbərlik etdiyi Minsk qrupunun üzvi sifətində olmalıdır.

Görünür ki, Rusiya Türkiyəni yaxınına buraxmaq və türk mövqelərinin Qafqazda möhkəmlənməsinə dzömək niyyətində deyil. Məhz buna görə Rusiyanın Suriyada Türkiyənin loyal müxalifət qüvvələrinə hücum etməsi cızığından çıxan partnyorun həssas çırtma kimi görünür. Moskva adətinə xilaf çıxmayaraq, bu hərəkətini də şərh etməyəcək.

“Ən münasib alqoritm”

Beləliklə, ciddi geosiyasi fikir ayrılığına və hətta üç müharibədə barrikadaların müxtəlif tərəflərində iştirakına baxmayaraq, Rusiya və Türkiyə əməkdaşlığın yüksək və kifayət qədər stabil səviyyəsini qoruyub saxlaya bilir.

“Bizim ölkələrimiz və rəhbərlərimiz (…) qarşılıqlı əlaqənin ən münasib alqoritmini tapıb. Bu alqoritm, hər şeydən öncə, diqqətimizi ümimi maraqlarımızda cəmləməyə, fikir ayrılığına isə “yarı yolda görüşməklə” onları gündəmdən çıxarmağa imkan yaradan baxış bucağından nəzər salmağa imkan verir, – RF-nın Ankaradakı səfiri Aleksey Yerxov “İnterfaksa”a izah edib.

Bəzi ekspertlər Rusiya və Türkiyə hakimiyyətlərinin uğurlu ekvilibristikasını müxtəlif qarşılıqlı təsir sahələrinin bloklara bölünməsi ilə izah edir. Bu bloklardan hər birinin öz məntiqi var və onlardan hər biri, kəskin böhran vəziyyətləri istisna olmaqla, mümkün olduğu qədər digərinə minimum təsir edir. Digərləri hesab edir ki, uğurun açarı “buferlər”də, tərəflərdən biri üçün olduqca əhəmiyyətli olan layihələrdədir. O layihələri ki, digər tərəf gerçəkləşdirir (məsələn, Türkiyə üçün AES-nın inşası və ya NATO üzvünün Rusiya üçün Rusiya C-400 alması).

Tərəflərin bir-birinin “qırmızı xətti”nə hörmət etməsi də mühümdür, məsələn, onlar daxili siyasi problemlərə müdaxilə etməməyə çalışırlar. Rusiyada milyonlarla türk və müsəlman yaşayır, lakin Ankara onların problemləri ilə manipulyasiya etməyə can atmır, Rusiya da Türkiyədə kürd hərəkatına ciddi şəkildə müdaxilə etmir.

Rusiya-Türkiyə münasibətlərinin uğruna bəlkə də daha sadə izahat tapmaq olar – deideologiyalaşdırma və sərt praqmatizm (mahiyyət etibarı ilə dəyişdirmə və barter), həmçinin qərb ölkələrinə qarşı ümumi maraq.

Deideologiyalaşdırma, ümumiyyətlə, Rusiyanın Yaxın Şərqdə siyasətini fərqləndirir ki, bu da Moskvaya, məsələn, bir-biri ilə düşmən olan İran və İsraillə eyni zamanda əməkdaşlıq etməyə imkan verir. Bununla belə, Rəcəb Tayyib Ərdoğanı tamamilə apolitik praqmatik adlandırmaq olmaz, onun müsəlman sünnilərin alobal lideri ambisiyaları var, əslində o elə bir çox mötədil-mühafizəkar müsəlman (rusiyalı müsəlmanlar da daxil olmaqla) bu cür liderdir. Üstəlik Ərdoğan statusuna görə türklərin qlobal lideri olmalıdır, əks-halda öz millətçilərinin dəstəyini itirəcək. Bu, Putinə aydındır, Rusiya prezidenti ona görə Ankaranın Krımın statusu və Krım tatarlarının hüquqlarının pozulması ilə bağlı bəyanatlarına kəskin reaksiya vermir.

Bu cür alyansın nə qədər sabit olacağını söyləmək çətindir. Qarşılıqlı xeyir tapmaq və güzəştə getmək bacarığı faydalı vərdişlərdir və əgər tərəflər çox mürəkkəb Suriya münaqişəsində qarşılıqlı təsir formatını işləyib hazırlaya bilibsə, hər iki ölkənin maraqlarının daha az prinsipial olduğu Liviyada arzu olunan təqdirdə tez kompromis tapıla bilər.

Qarabağ məsələsi həssasdır. Rusiya Cənubi Qafqazı öz maraqları sahəsində sayır. Türkiyə beynəlxalq hüquqa və azərbaycanlı türklərin maraqlarının qorunmasında öz rolunun legitimliyinə əsaslanır və görünür ki, Qarabağı Azərbaycanın yurisdiksiyasına qaytarmaq şansını əldən vermək niyyətində deyil.

Maraqların fəal hərbi əməliyyatlarla qorunduğunu nəzərə alsaq, təsadüfi toqquşmalar, “təyyarə böhranları”, emosional reaksiya riskinin və sadəcə sonadək nəzarət olunmayan amillərin, –onlarsa eskalasiyaya səbəb ola bilər, – xeyli artmaq təhlükəsi var.

Rusiya-Türkiyə münasibətlərinin daha bir mühüm aspekti Türkiyə iqtisadiyyatında gözlənilən maliyyə kollapsı ilə bağlıdır. Vəziyyət sürətlə pisləşir və analitiklər proqnoz verirlər ki, Türkiyə xarici maliyyə köməyi olmadan keçinə bilməyəcək. Türkiyənin tələbatları Rusiyanın cibinə uyğun deyil, BVF-na isə Ərdoğan müraciət etməyəcək, yəqin ki köməyi qərb ölkələrində axtaracaq.

Co Baydenin seçilməsi Türkiyə Respublikasının indiki rəhbərliyi üçün əlverişsizdir.

Bayden hələ seçkiöncəsi kampaniyasında bəyan edib ki, Ərdoğanın siyasəti onu “çox qayğılandırır” və o, türk müxalifətini dəstəkləyəcək, kürd məsələsində daha sərt mövqe tutacaq və ümumilikdə “onunla hazırda olduğu kimi davranmayacaq”. Bayden həmçinin hesab edir ki, Türkiyə öz siyasətində Rusiyaya arxayın olmaq istəmir. Bu, baydenlə Ərdoğanın razılığa gəlməyəcəyindən xəbər verir? Xeyr, vermir. Sadəcə məsələnin qiyməti Rusiya hökuməti üçün yüksək və əlverişsiz ola bilər.

Байден еще во время предвыборной кампании

заявил

, что «очень озабочен» политикой Эрдогана и будет поддерживать турецкую оппозицию, займет более жесткую позицию по курдскому вопросу и в целом «не будет продолжать с ним заигрывать так, как это происходит сейчас». Байден также считает, что Турция не хочет в своей политике полагаться на Россию.

Значит ли это, что с Байденом Эрдоган не сможет договориться? Не значит. Просто цена вопроса может оказаться высокой и невыгодной для руководства России.

Ana səhifəSiyasətDavalı sülh