Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşı Əhəd Abıyevi əvəzləyəcək
Orxan Abbasov Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Bu barədə iyulun 15-də dövlət başçısı Prezident İlham Əliyev sərəncam imzalayıb.
ABŞ-ın Qərbi Miçiqan Universitetinin məzunu olan Orxan Abbasov bu günə qədər Elm və Təhsil Nazirliyinin tabeliyindəki Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində direktor müavini vəzifəsində çalışıb.
Daşkəsən Rayonunun İcra başçısı Əhəd Abıyev 2023-cü ilin iyulunda vəzifəsindən azad edilmişdi.