”Danske Bank”-ın rəhbəri istefa verib

Rusiya və post-sovet ölkələrindən bank vasitəsilə çirkli pullar yuyulub

Source:
Tomas Borgen
Tomas Borgen


Rusiya və post-sovet ölkələrindən bank vasitəsilə çirkli pullar yuyulub

Danimarkanın ən böyük banklarından olan “Danske Bank”-ın rəhbəri Tomas Borgen istefaya getditini bəyan edib.

Azadlıq Radiosunun verdiyi məlumata görə, T.Borger istefa səbəblərini

açıqlayıb

.

“Estoniyada mümkün çirkli pulyuma məsələsində “Danske Bank”-ın öz məsuliyyətini yerinə yetirə bilmədiyi aydındır”.

Bankın yaydığı hesabatda deyilir ki, 2007-2015-ci illərdə gerçəkləşdirilmiş tranzaksiyaların “böyük əksəriyyəti şübhəli hesab olunub”.

Çirkli pulların bankın Tallin filialı vasitəsliə Rusiya və digər keçmiş sovet ölkələrindən axdığı iddia olunur.

Kopenhagendə mənzillənən bank bildirir ki, “Estoniyanın qeyri-rezident müştərilərinin gerçəkləşdirdiyi şübhəli tranzaksiyaların dəqiq hesablamasını” apara bilmirlər.

Ancaq o da bəllidir ki, Estoniya filialı vasitəsilə cəmi 200 milyard avro (234 milyard dollar), yəni ölkənin 2017-ci ildəki ÜDM-dən doqquz dəfə artıq vəsait yuyulub.

Bu pullar 15 min hesabdan keçib.

“Bu müştərilərin demək olar hamısı barədə hakimiyyətə bilgi verilib”, – bank vurğulayır.

Danske Bank-la bağlı Danimarka və Estoniyada artıq təhqiqat aparılır.

Məlumatlara görə, ABŞ-ın hüquq-mühafizə orqanları da bu işi nəzərdən keçirir.

Medianın bu yaxınlarda yazdığına görə, “Danske”-nin Estoniya filialı vasitəsilə 150 milyard dollaradək vəsait yuyulub.

“Wall Street Journal” bu ayın əvvəlində yazırdı ki, ABŞ-ın hüquq-mühafizə agentlikləri “Danske Bank” vasitəsilə çirkli pulyumanı araşdırır.

İyul ayında Meydan TV bankın Estoniya filialının Azərbaycan və Rusiyadan qanunsuz olaraq çıxarılan böyük vəsaiti yuması haqqında cinayət işinin nəzərdə tutulması barədə

məlumat yayıb

.

Ana səhifəXəbərlər”Danske Bank”-ın rəhbəri istefa verib