Kitabları Türkiyə türkcəsinə Azərbaycan əsilli tanınmış şair-yazıçı Yurtseven Şen çevirib
Cəlil Məmmədquluzadənin ”Danabaş kəndinin əhvalatları” kitabı Türkiyə türkcəsində oxuculara təqdim olunub.
Mədəniyyət və Turizm Nazirliyindən Azadlıq Radiosu-na verilən xəbərə görə, kitab nazirliyin 2016-cı ildən başladığı “Azərbaycan Kitabının Dünyada Tanıdılması” (AKDT) layihəsi çərçivəsində nəşr olunub.
Türkiyənin “Sevinç Fırat Zengin Yayıncılık” nəşriyyatı ilə əldə olunmuş razılığa əsasən, ilkin mərhələdə seçmə Azərbaycan ədəbiyyatı nümunələrinin tərcüməsi, çapı və Türkiyədə yayılması işi həyata keçiriləcək.
Yusif Vəzir Çəmənzəminlinin “Kan içinde. İki ateş arasında” romanının ardınca Cəlil Məmmədquluzadənin “Danabaş köyünün hikayeleri” kitabı Türkiyəli kitabsevərlərin ixtiyarına verilib.
Kitabları Türkiyə türkcəsinə Azərbaycan əsilli tanınmış şair-yazıçı Yurtseven Şen çevirib.